Icma.az
close
up
RU
Dini radikallaşmanın dövlət və cəmiyyət üçün yaratdığı təhlükələr ŞƏRH

Dini radikallaşmanın dövlət və cəmiyyət üçün yaratdığı təhlükələr ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 6 oktyabr, AZƏRTAC

Müasir dövlətin əsas xüsusiyyətlərindən biri bütün vətəndaşlar üçün vahid hüquqi və siyasi çərçivənin yaradılmasıdır. Bu çərçivənin mühüm prinsiplərindən əsası isə sekulyarizmdir. Sekulyarizm çox vaxt yanlış olaraq dinə qarşı münasibət və ya dini inancların cəmiyyətdən sıxışdırılması kimi başa düşülür. Halbuki sekulyar dövlətin əsas məqsədi dini aradan qaldırmaq deyil, dövlət hakimiyyətinin müəyyən bir dini dünyagörüşünün monopoliyasına düşməsinin qarşısını almaqdır. Bu baxımdan sekulyarizm həm dini etiqad azadlığının, həm də fərqli inanc və dünyagörüşlərinə malik vətəndaşların hüquqi bərabərliyinin təmin olunmasına xidmət edən siyasi-hüquqi sistem kimi çıxış edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin ərəb ölkələri üzrə eksperti Lalə Xəlilzadə deyib.

O qeyd edib ki, demokratik və hüquqi dövlət üçün əsas məsələ hakimiyyətin heç bir dini və ya ideoloji qrupun “mülkiyyətinə” çevrilməməsidir. Dövlətin legitimliyi konkret dini doktrinadan deyil, konstitusion normalardan, qanunun aliliyindən və vətəndaşların siyasi iradəsindən qaynaqlandıqda, fərqli dini və dünyagörüşlərinin bir hüquqi sistem daxilində dinc şəkildə mövcudluğu mümkün olur. Əksinə, dövlət və din arasındakı institusional sərhədlərin zəiflədiyi və dini inancların siyasi hakimiyyətin mütləq legitimlik mənbəyinə çevrildiyi şəraitdə siyasi plüralizm və hüquqi bərabərlik üçün müəyyən risklər meydana çıxır. Bu məqamda dini inanc, xurafat, dini radikalizm və dini ekstremizm anlayışlarını bir-birindən fərqləndirmək xüsusi əhəmiyyət daşıyır. Dini inanc fərdin mənəvi və dünyagörüşü seçimi olduğu halda, xurafat əsaslandırılmayan təsəvvürlərin faktlara, tənqidi düşüncəyə və elmi biliyə üstün gəlməsi ilə xarakterizə olunan sosial-mədəni hadisə kimi izah oluna bilər. Dini radikalizm isə dini ideyaların siyasi və ictimai müstəvidə mütləqləşdirilməsi, fərqli dünyagörüşlərinin və siyasi mövqelərin legitimliyinin rədd edilməsi, bəzi hallarda isə bu məqsədlərə çatmaq üçün dözümsüz və zorakı üsulların tətbiqi ilə əlaqələndirilir. Bu anlayışların eyniləşdirilməsi həm dini inancların əsassız şəkildə radikallaşdırılması, həm də radikal ideologiyanın yaratdığı real təhlükələrin düzgün qiymətləndirilməməsi ilə nəticələnə bilər. Dini ekstremizm isə bu prosesin daha təhlükəli siyasi və hüquqi formalarından biridir. Ekstremist ideologiyanın əsas xüsusiyyəti yalnız dini baxışların sərtliyi deyil, həmin baxışların siyasi və ictimai hakimiyyət üzərində mütləq üstünlük iddiasına çevrilməsi və digər qrupların hüquq və legitimliyinin inkar edilməsidir. Belə şəraitdə siyasi rəqib sadəcə fərqli siyasi mövqeyə malik şəxs kimi deyil, doğru inanca qarşı çıxan tərəf kimi təqdim edilir. Bu da cəmiyyət daxilində “biz” və “onlar” bölgüsünü dərinləşdirir, siyasi kompromis imkanlarını azaldır və siyasi plüralizmi zəiflədir.

Azərbaycan cəmiyyətinin tarixi-mədəni inkişafında xurafat və cəhalətə qarşı mübarizə

“Azərbaycan cəmiyyətinin tarixi-mədəni inkişafında xurafat və cəhalətə qarşı mübarizə mühüm yer tutub. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov və digər Azərbaycan ziyalıları əsərlərində cəhaləti və xurafatı tənqid edib, elm və maarifçiliyin cəmiyyətin inkişafındakı rolunu önə çıxarıblar. Onların tənqidi dinin özünə qarşı deyil, dini və sosial inancların cəhalət və xurafat vasitəsinə çevrilməsinə qarşı yönəlib. Bu baxımdan maarifçilik ənənəsi dini etiqad azadlığı ilə elmi və tənqidi düşüncənin bir-birinə zidd olmadığını göstərən mühüm tarixi nümunədir. Müasir dövrdə isə xurafatla mübarizə yalnız dini müstəvidə aparılan maarifçi fəaliyyətlə məhdudlaşdırılmamalıdır”, - deyə ekspert bildirib.

O vurğulayıb ki, dini ekstremizmin dövlət və cəmiyyət üçün yaratdığı təhlükələr Azərbaycan Respublikasının qanunvericiliyində də nəzərə alınıb. Azərbaycan Respublikasının “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunu dini ekstremizmi yalnız zorakı fəaliyyətlə məhdudlaşdırmır. Dini müstəsnalıq, aqressiv dini ideologiya, dini və sosial nifrətin yayılması, Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn fəaliyyət və digər təhlükəli davranış formalarını da bu kontekstdə nəzərdən keçirir. Qanunun mühüm xüsusiyyətlərindən biri onun yalnız repressiv deyil, həm də profilaktik yanaşmanı nəzərdə tutmasıdır. Dini ekstremizmə qarşı mübarizə ekstremist fəaliyyətin qarşısının alınması ilə yanaşı, onun meydana gəlməsinə şərait yaradan səbəb və amillərin müəyyən edilməsini və aradan qaldırılmasını da əhatə edir. Bu yanaşma problemin yalnız hüquq-mühafizə və təhlükəsizlik məsələsi olmadığını, onun sosial, siyasi, ideoloji, iqtisadi və maarifləndirici tərəflərinin də mövcud olduğunu göstərir.

“Bu baxımdan dünyəvi dövlət modeli xüsusi əhəmiyyət daşıyır. Dünyəvilik dini etiqad azadlığını məhdudlaşdırmaq deyil, dövlətin müxtəlif dini və dünyagörüşü qrupları qarşısında hüquqi neytrallığını qorumaq və hər hansı dini və ya ideoloji doktrinanın dövlət hakimiyyəti üzərində mütləq üstünlük əldə etməsinin qarşısını almaq deməkdir. Dövlətin bu neytrallığı həm dini azlıqların, həm də fərqli dünyagörüşünə malik vətəndaşların hüquqlarının qorunması üçün mühüm institusional təminat yaradır. Nəticə etibarilə, dini radikallaşma dövlətin zəifləməsinin yeganə səbəbi olmasa da, zəif institutlar və legitimlik böhranı ilə birləşdikdə siyasi plüralizmi, hüququn aliliyini və dövlətin idarəetmə qabiliyyətini ciddi şəkildə sarsıda bilər. Bu baxımdan, sekulyarizm, hüquqi bərabərlik və institusional dayanıqlılıq dini və ideoloji müxtəlifliyi qoruyan və dövlətin davamlılığını təmin edən əsas mexanizmlər kimi çıxış edir”, - deyə L.Xəlilzadə bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri