“Dini təhsil nə keçmişə qapanmalı, nə də kor koranə modernliyə tabe olmalıdır” Komitə sədri
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
“Müasir dini təhsil ənənələrlə çağırışlar arasında qızıl orta xətt üzərində qurulmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Müasir din təhsili modelləri – mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” adlı simpoziumdakı çıxışında deyib.
Komitə sədri qeyd edib ki, Azərbaycanın dini təhsil modeli də məhz bu prinsiplərə əsaslanır:
“Din təhsili nə konservativ şəkildə keçmişə qapanmalı, nə də mənəvi dəyərləri inkar edərək kor-koranə modernliyə tabe olmalıdır. Bizə ənənələrlə çağırışlar arasında qızıl orta xətt üzərində qurulmuş yeni bir model lazımdır.”
Ramin Məmmədov vurğulayıb ki, müasir dövrdə dini təhsil modeli rəqəmsal texnologiyalar, süni intellekt və innovativ tədris metodları ilə zənginləşdirilməlidir. Onun sözlərinə görə, bu, cəmiyyətdə sabitlik, harmoniya və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edən əsas vasitələrdəndir.
Sədr əlavə edib ki, müxtəlif dini təhsil modellərinin müsbət tərəflərinin öyrənilməsi və təcrübə mübadiləsi universal, lakin mənəvi əsaslara sadiq bir yanaşmanın formalaşmasına imkan verəcək:
“İslam dünyası mənəvi dərinliyi, Qərb isə metodoloji strukturu ilə fərqlənir.
Bu iki təcrübənin sintezi qlobal səviyyədə inklüziv, lakin dəyərlərə sadiq modelin yaranmasına şərait yarada bilər.”
Nəzrin Elxan, Pərviz Allahverdiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 22 Oktyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















