Icma.az
close
up
RU
Dioqo Balau: “Bəzi Azərbaycan klubları II və III liqa səviyyəsindədir”

Dioqo Balau: “Bəzi Azərbaycan klubları II və III liqa səviyyəsindədir”

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

"Şamaxı"nın portuqaliyalı futbolçusu, "ayın qolu" mükafatının sahiblərindən biri Dioqo Balau Apasport.az saytına müsahibə verib.

- “Şamaxı” son turda “Kəpəz”ə evdə 1:4 uduzdu. Nəticə sizin üçün gözlənilməz oldu? 
- Biz bu oyuna çox yaxşı hazırlaşmışdıq. Təbii ki, meydana da üç xal üçün çıxmışdıq. Özümüz də bunu istəyirdik. Amma uduzduq. Bəli, bu nəticə özümüz üçün də həm üzücü, həm də gözlənilməz oldu.

- Necə düşünürsən, meydanda 10 nəfərlə qalmasaydınız, hesab fərqli olacaqdı? 
- Bəli, mən də düşünürəm ki, meydanda 10 nəfərlə qalmasaydıq, hər şey başqa cür ola bilərdi.

- Milli komandalara görə verilən fasilədən yaxşı istifadə edə bilmədiniz? 
- Biz asanlıqla uduzmadıq ki. Meydanda əlimizdən gələni etdik. Amma sizin suala gəldikdə, fikrimcə, milli fasilənin bizim məğlubiyyətimizlə heç bir əlaqəsi yoxdur. 

- “Şamaxı” hazırda turnir cədvəlində 7-ci pillədədir. Yəqin ki, bu nəticə sizi razı salmır? 
- Doğrudur, hazırda 7-ci pillədəyik. Amma biz narahat deyilik. Çünki çempionat yeni başlayıb, qarşıda hələ nə qədər oyun var. Təbii ki, mübarizə davam edir və hər bir görüşdə sona qədər vuruşacağıq. Biz sadəcə səhvlərimizi düzəltməli, motivasiyamızı və konsentrasiyamızı qorumalıyıq.

- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Onlarla matçda nəyə ümid edirsiz? “Qarabağ” sizinlə görüşdən əvvəl “Atletik”lə qarşılaşacaq...
- Oyuna hazırlaşırıq. İnanıram ki, bu görüşdə maksimum gücümüzü ortaya qoyacağıq. Asan olmayacağını, çətin görüşün keçəcəyini yaxşı başa düşürük. Biz sadəcə düzgün irəliləməli və mentalitetimizi qorumalıyıq. “Qarabağ”ın güclü komanda olduğunu başa düşürük. Onların “Atletik”lə görüşünün olduğunu da yaxşı bilirəm. Bu matçda uğurlu nəticə qazanıb-qazanmayacaqlarını bilmirəm. Amma ümidvaram ki, onlar İspaniyada uğurlu nəticə qazanar.

- "Ayın qolu" Mükafatına sahib çıxdın. Yəqin ki, karyeranda ilk dəfə idi? 
- Bəli, buna görə çox sevindim. Karyeramda ilk dəfə idi.

- Ümumiyyətlə, sənin üçün Azərbaycan Premyer Liqası güclüdür? Portuqaliya Primerosu, yoxsa Sequndası səviyyəsindədir?
- Portuqaliya ilə müqayisədə bu, bir növ divizionların qarışığıdır. Çünki Azərbaycanda elə komandalar var ki, onları Portuqaliyanın I Liqa səviyyəsi ilə müqayisə etmək olar. Məsələn, “Qarabağ” bu səviyyəyə yaxındır. Bununla yanaşı, elə komandalar da mövcuddur ki, onları Portuqaliyanın II liqa və ya hətta III liqa komandaları ilə müqayisə etmək mümkündür. Bu baxımdan, Azərbaycan Premyer Liqası Portuqaliya liqalarının müxtəlif səviyyələrinin bir qarışığına bənzəyir.

“Xankəndi” “Araz-Saatlı”nı darmadağın etdi - 14:0 II Liqa klubu Vüqar Nadirovla yollarını ayırıb - RƏSMİ “Atletik”in müdafiəçisi: "Qarabağ"ın 6 xalının olması sürpriz deyil” Abubakar rəsmən “Neftçi”də - FOTO Vensan Abubakar tibbi müayinədən keçib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://apasport.az
archiveBu xəbər 21 Oktyabr 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri