Icma.az
close
up
RU
Diplomat necə danışmalıdır? BDU da yeni layihə

Diplomat necə danışmalıdır? BDU da yeni layihə

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Diplomatın nitqi” layihəsi həyata keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, fakültənin elmi işlər üzrə dekan müavini Qalib Qafarlı belə təşəbbüslərin gənclərin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi baxımından mühüm rol oynadığını qeyd edib. Bildirib ki, “Diplomatın nitqi” kimi layihələr tələbələrin analitik düşünmə qabiliyyətini inkişaf etdirir, onların beynəlxalq münasibətlər sistemində baş verən proseslərə daha dərindən yanaşmasına şərait yaradır. O, xüsusilə müasir dövrdə diplomatik ünsiyyətin düzgün qurulmasının vacibliyindən söz açaraq, bu kimi strateji bacarıqların dövlətlərin mövqeyinin beynəlxalq arenada effektiv şəkildə təqdim olunmasında həlledici amillərdən biri olduğunu deyib.

BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Vəliyulla Cəfərov diplomat nitqinin mahiyyəti və onun formalaşma prinsipləri barədə məlumat verib. O bildirib ki, diplomatik nitq yalnız rəsmi çıxış və ya ünsiyyət forması deyil, eyni zamanda, dövlətlərin xarici siyasət prioritetlərini ifadə edən incə və strateji vasitədir. Diplomatın nitqi həm məzmun, həm də üslub baxımından yüksək dəqiqlik tələb edir və burada hər bir ifadə beynəlxalq münasibətlərdə konkret nəticələrə təsir göstərə bilər. Vətən müharibəsinə qədər, müharibə zamanı və postmüharibə mərhələsində Azərbaycanın apardığı diplomatik danışıqlarda düzgün və ölçülüb-biçilmiş nitqin rolu xüsusilə aydın şəkildə özünü göstərib: “Bu proseslər göstərdi ki, diplomatik nitq yalnız informasiya ötürmək vasitəsi deyil, həm də milli maraqların müdafiəsində və beynəlxalq ictimai rəydə mövqenin formalaşdırılmasında mühüm strateji alətdir”.

Qarabağ Universitetinin baş müəllimi Nahidə Həsənova tələbələri ilə birlikdə bu layihədə iştirak etdiyini və belə təşəbbüslərin beynəlxalq münasibətlər sistemini öyrənən tələbələr üçün zəngin təcrübə mənbəyi olduğunu qeyd edib, təşkilatçılara təşəkkürünü bildirib.

Daha sonra təlim sessiyası başlayıb. Təlimçilər Hüseyn Bağırov, Bahar Hüseyn, Eldar Zəfərov və Aytən Qurbanova diplomatiyada nitq mədəniyyəti və peşəkar ünsiyyət mövzularında çıxış ediblər. Təlim zamanı iştirakçılara natiqliyin əsasları, çıxışın düzgün strukturlaşdırılması, fikrin aydın və ardıcıl ifadə olunması, auditoriya ilə effektiv kommunikasiya qurulması barədə geniş məlumat verilib. Diplomatiyada bədən dilinin rolu xüsusi vurğulanaraq jest, mimika və davranış mədəniyyətinin diplomatik mesajın təsir gücünü artırdığı qeyd olunub. Təlimçilər “diplomatiyada sözün gücü” mövzusuna da toxunaraq, ölçülü və balanslı ifadə tərzinin beynəlxalq münasibətlərdə yanlış anlaşılmaların qarşısını aldığını bildiriblər. Diplomatik çıxışlarda rast gəlinən əsas səhvlər – emosional ifrat, qeyri-dəqiq ifadələr və struktur pozuntuları barədə ətraflı izahlar verilib və onların praktik nəticələri nümunələrlə izah olunub.

Sessiya zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb və diplomatiya sahəsində inkişaf imkanları müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri