Diplomatik korpus Bakıda İnsan Hüquqları Gününü qeyd edir
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bugün Bakıda Avropa İttifaqının, Böyük Britaniyanın, ABŞ və İsveçrənin Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə 10 Dekabr -Ümumdünya İnsan Hüquqları Günü münasibəti ilə qəbul təşkil olunacaq.
Gununsesi.info-nun xəbərinə görə, media və vətəndaş cəmiyyəti qurumları təmsilçilərinin qatıldığı mərasimdə Avropa İttifaqının, Böyük Britaniyanın, ABŞ və İsveçrənin Azərbaycandakı səfirləri geniş nitq söyləyəcək.
Xatırladaq ki, 10 dekabr – Ümumdünya İnsan Hüquqları Günüdür.
Bu tarix 1948-ci ildə BMT-nin Baş Məclisi tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbulundan sonra hər il bütün dünyada qeyd olunur.
Bəyannamə ilə qorunan ədalət, ləyaqət, bərabərlik, iştirak tələbləri dünyanın hər yerində insanları səfərbər edir. İnsan hüquqlarının qorunması BMT-nin təməl prinsiplərindən biridir və təşkilat təsis olunduğu gündən bu missiyanı davam etdirir.
Günay
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 04 Dekabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















