Icma.az
close
up
RU
Diplomatik rütbələrin verilməsi sahəsində YENİLİKLƏR

Diplomatik rütbələrin verilməsi sahəsində YENİLİKLƏR

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Diplomatik xidmət əməkdaşının diplomatik rütbədə olma müddətinə diplomatik vəzifədə xidmət dövrü, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında beynəlxalq təşkilatın orqanında fəaliyyət dövrü, sərəncamda olma və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılma müddəti, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında əlavə təhsil müddəti daxildir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq təşkilatın orqanında işləməyə və ya xidmətdən ayrılmaqla əlavə təhsil almağa göndərilmiş diplomatik xidmət əməkdaşlarına növbəti diplomatik rütbənin verilməsi onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) tutduqları son vəzifə üzrə bu Qanunun 15.13-cü maddəsində nəzərdə tutulan qaydada (Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilir) həyata keçirilir. Diplomatik xidmət orqanlarında diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya dövlət qulluğunun digər xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi və ya hərbi rütbə verilir. Dövlət qulluğunda və ya dövlət qulluğunun digər xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər diplomatik xidmətə qəbul edildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq diplomatik rütbə verilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən diplomatik rütbələr istisna olmaqla, daimi diplomatik xidmətə qəbul edilən və ya daha yüksək pillə diplomatik vəzifəyə təyin olunan və diplomatik rütbəsi tutduğu diplomatik vəzifə üzrə müəyyən edilmiş diplomatik rütbə həddindən aşağı olan diplomatik xidmət əməkdaşına təyin olunduğu diplomatik vəzifə üzrə ən aşağı diplomatik rütbə verilir.

Diplomatik xidmət əməkdaşına həvəsləndirmə qaydasında, tutduğu diplomatik vəzifəyə uyğun müəyyən edilmiş hədd daxilində vaxtından əvvəl növbəti diplomatik rütbə verilə bilər. Növbəti diplomatik rütbənin vaxtından əvvəl verilməsinə diplomatik xidmət əməkdaşının xidmət müddəti ərzində yalnız bir dəfə və malik olduğu diplomatik rütbədə bu qanunda müəyyən edilmiş müddətin azı yarısını xidmət etdikdən sonra yol verilir.

Diplomatik xidmət əməkdaşlarına diplomatik rütbələr müsbət xidməti fəaliyyəti, mövcud diplomatik rütbəsi və həmin rütbədə xidmət müddəti, tutduğu vəzifəyə növbəti diplomatik rütbənin uyğunluğu nəzərə alınmaqla ardıcıl verilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olan, tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılan, yaxud barəsində intizam tənbehi tətbiq edilmiş, həmçinin cinayət təqibi üzrə icraat başlanılmış və ya xidməti yoxlama, yaxud araşdırma aparılan diplomatik xidmət əməkdaşına müvafiq olaraq vəzifəyə təyin olunana, vəzifəsinə qaytarılana, intizam tənbehi qüvvədən düşənə (götürülənə), cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alana, xidməti yoxlama və ya araşdırma qurtaranadək diplomatik rütbə verilmir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olan, tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılan, həmçinin barəsində cinayət təqibi üzrə icraat başlanılmış və ya xidməti yoxlama, yaxud araşdırma aparılan diplomatik xidmət əməkdaşı müvafiq olaraq vəzifəyə təyin olunduqda, vəzifəsinə qaytarıldıqda, cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti yoxlama və ya araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti diplomatik rütbə alması üçün xidmət müddəti əvvəlki diplomatik rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır. Diplomatik xidmət əməkdaşının əmək kitabçasında onun hər bir diplomatik rütbəsi barədə qeyd aparılır.

Diplomatik xidmət əməkdaşının xidmət dövründə diplomatik rütbəsi intizam tənbehi tədbirinin tətbiqi qaydasında aşağı salına bilər. Diplomatik xidmət orqanlarında xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşı Azərbaycan Respublikasının və ya diplomatik xidmət orqanlarının nüfuzuna xələl gətirən əməllərinə görə diplomatik rütbədən məhrum edilə bilər. Diplomatik rütbənin aşağı salınması və ya diplomatik rütbədən məhrum edilmə həmin diplomatik rütbəni vermiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Diplomatik rütbədən məhrum edilmə halı istisna olmaqla, diplomatik rütbə ömürlük verilir.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, diplomatik xidmət əməkdaşlarının diplomatik rütbələrdə olma müddətlərinə aşağıdakılar daxildir:

-müvafiq icra hakimiyyəti orqanında və onun yardımçı təşkilatlarında iş;

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında iş;

-keçmiş SSRİ-nin və müttəfiq respublikaların xarici işlər orqanlarında iş;

-beynəlxalq təşkilatlarda iş;

-müvafiq icra hakimiyyəti orqanının ali təhsil və elmi müəssisələrində elmi və pedaqoji fəaliyyət müddəti;

-müvafiq icra hakimiyyəti orqanının göndərişi əsasında həyata keçirilən əlavə təhsilin müddəti;[

-ali təhsil müəssisələrinə, aspiranturaya (doktoranturaya) müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilənlərin təhsil müddəti.

Diplomatik xidmət əməkdaşlarının rütbələri, işlərində mühüm nailiyyətlərin və ya xüsusi xidmətlərin olduğu hallarda, müəyyən edilmiş müddətin başa çatmasından əvvəl və ya növbədən kənar artırıla bilər.

Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər. Diplomatik xidmət əməkdaşının rütbədən məhrum edilməsi və ya onun rütbəsinin aşağı salınması, rütbənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Diplomatik xidmət əməkdaşının əvvəlki rütbəsinin bərpa olunmasına yalnız həmin əməkdaş qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti attestasiyadan keçdikdən sonra yol verilir.

Layihə III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see372

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see336

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see284

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see272

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see267

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see256

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see253

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see251

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see245

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see241

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see230

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see223

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see208

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see190

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see189

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see183

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see183

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see181

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri