Icma.az
close
up
RU
Diplomatik xəritəmizdə növbəti körfəz dövləti

Diplomatik xəritəmizdə növbəti körfəz dövləti

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəhreyndə səfirliyin açılması Yaxın Şərq təmsilçiliyimizi tamamlayır

Ötən gün parlamentin payız sessiyasının plenar iclasında qəbul edilən “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi Bakının Körfəz siyasətində yeni mərhələdir. Bu qərar Azərbaycanın Yaxın Şərqdə mövqelərini möhkəmləndirməklə yanaşı, siyasi və iqtisadi təsir dairəsini daha da genişləndirir.

Bəhreyn kiçik əraziyə sahib olsa da, Körfəzdə geosiyasi baxımdan əhəmiyyətli ölkədir. Krallığın ərazisi 760 kvadrat kilometrdir, əhalisi 1,5 milyona yaxındır. Manama Yaxın Şərqin maliyyə mərkəzlərindən biri sayılır. Beynəlxalq Valyuta Fondu Bəhreyni İslam maliyyəsinin qlobal liderlərindən biri kimi göstərir. Krallıqda “Bahrain Bourse” adlı fond birjası fəaliyyət göstərir, ölkə 400-dən çox beynəlxalq bank və maliyyə institutuna ev sahibliyi edir.

Azərbaycan üçün bu səfirlik yeni iqtisadi əlaqə platformasıdır. Fars körfəzində enerji bazarı ilə yanaşı, maliyyə və texnologiya sektoruna çıxış imkanları formalaşır. Azərbaycan şirkətləri üçün Manama həm sərmayə, həm də birgə layihələrin maliyyələşdirilməsi baxımından əlverişli məkandır.

***

Sentyabrın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Bəhreyn Krallığının xarici işlər nazirinin Abdullətif bin Rəşid əl-Zayani ilə görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti, gələcək perspektivləri, regional və beynəlxalq proseslər müzakirə olunub, həmçinin "Azərbaycan Respublikası Hökuməti və Bəhreyn Krallığı Hökuməti arasında Diplomatik pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında Saziş" imzalanıb. Bu, hökumətlərarası dialoqu intensivləşdirəcək, biznes nümayəndələrinin və turistlərin qarşılıqlı səfərlərinə təkan verəcək.

Gələcək əməkdaşlıq istiqamətləri həm iqtisadi, həm də strateji baxımdan diqqətəlayiqdir. Azərbaycan şirkətlərinin Bəhreyn maliyyə bazarlarında listinqi, birgə investisiya fondlarının təşkili və İslam maliyyəsi alətlərinin tətbiqi ikitərəfli iqtisadi münasibətləri daha çevik və rəqabətədavamlı edə bilər. Manamada səfirliyin açılması Azərbaycanın maliyyə innovasiyaları ekosisteminə birbaşa qoşulması, “fintech” layihələrində və İslam maliyyəsi sektorunda yeni tərəfdaşlıqlar qurması üçün real platforma yaradacaq. “EY” (Ernst & Young) hesabatı Bəhreyni GCC ölkələri arasında maliyyə texnologiyaları üçün ən səmərəli mərkəz kimi təqdim edir. Əmək bazarının münasib xərcləri və ofis kirayəsinin əlçatanlığı startaplar, beynəlxalq maliyyə şirkətləri üçün əlavə stimul yaradır.

Manama 200-dən çox bank və maliyyə institutuna ev sahibliyi edir, “Diplomatic Area” bölgəsi isə beynəlxalq bankların və İslam maliyyəsi institutlarının toplaşdığı strateji məkandır. Bu mühit Bəhreyni regionun əsas maliyyə qovşaqlarından birinə çevirir və Azərbaycan investorları üçün geniş imkanlar açır. Logistika sferasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə “Khalifa Bin Salman” limanı arasında yükdaşımaların təşkili, habelə Zəngəzur dəhlizi (TRIPP) üzərindən Körfəz bazarına çıxışın genişləndirilməsi prioritet hədəf kimi müəyyən olunur.

Turizm və humanitar müstəvidə Manama və Bakı arasında birbaşa aviareyslərin açılması, mədəniyyət festivallarında qarşılıqlı iştirak və dini turizmin inkişafı üçün birgə proqramların hazırlanması prioritet sayılır. İnnovasiya və təhsil sektorunda Bəhreynin “FinTech Bay” mərkəzi ilə Azərbaycan startap ekosisteminin əməkdaşlığı və birgə texnoloji forumların təşkili planlaşdırılır. Enerji diplomatiyası sahəsində isə neft və qaz ticarəti üçün yeni mexanizmlər, həmçinin “yaşıl enerji” layihələrində birgə iştirak imkanları müzakirə olunur.

Bəhreyn həm də regional təhlükəsizlik məsələlərində mühüm tərəfdaşdır. ABŞ-ın 5-ci Donanması da Manamada yerləşir, bu isə ölkəni Körfəz təhlükəsizlik arxitekturasının əsas iştirakçısına çevirir. Bakı üçün bu Azərbaycanın dəniz təhlükəsizliyi məsələlərində, xüsusilə strateji dəniz yollarının qorunması və Körfəz-Hind okeanı əlaqələrinin təhlükəsizliyində dialoq və kooperasiya imkanlarını artırır.

Azərbaycan və Bəhreyn bir neçə beynəlxalq platformada ortaq iştirak edirlər ki, bu da ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarını artırır. Hər iki ölkə BMT çərçivəsində müxtəlif qlobal və regional layihələrdə, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama hərəkatı (NAM) formatlarında fəal rol oynayır. Bu platformalarda Bakı və Manama birgə əməkdaşlıq mexanizmlərini müzakirə edir və icraata yönəldilmiş layihələr həyata keçirir. Beləliklə, ortaq təşkilatlar hər iki tərəf üçün strateji və praktik əməkdaşlıq imkanlarını gücləndirir, regional inteqrasiyanı və qarşılıqlı fayda təmin edən layihələrin reallaşmasını sürətləndirir.

Manamada səfirliyin açılması çoxqatlı müsbət nəticələr doğuracaq. Bu addım Azərbaycanın Yaxın Şərqdə diplomatik şəbəkəsini tamamlayır, Körfəzdə yeni nüfuz sahəsi formalaşdırır, qlobal maliyyə və ticarət sistemlərinə inteqrasiyasını dərinləşdirir.

Lalə XƏLİLZADƏ,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Ərəb ölkələri üzrə eksperti

Son dövrlər Azərbaycan və Bəhreyn arasında ikitərəfli əlaqələr həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əhəmiyyətli dərəcədə inkişaf edir. Münasibətlər qarşılıqlı hörmət, iqtisadi əməkdaşlıq və regional sabitliyə töhfə prinsipləri üzərində qurulub.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan və Bəhreyn arasında diplomatik əlaqələrin yaradılmasının 30 ili tamam olacaq. Bu tarixi mərhələ ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm imkanlar açır. Əlaqələr yalnız iki ölkə arasında deyil, beynəlxalq səviyyədə də davamlı inkişaf edir. Rəsmi Manama Azərbaycan ərazisinin bütövlüyünü daim dəstəkləyən və ölkəyə müxtəlif sahələrdə dəstək göstərən dövlət kimi tanınır.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Bəhreynin Azərbaycanın mövqeyini dəstəkləməsi ölkəmiz tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, Azərbaycan-Bəhreyn Qoşulma Hərəkatı (QH), BMT və İslam Əməkdaşlıq Təşkilatı (ECO) kimi beynəlxalq platformalarda əməkdaşlıq sürətlə inkişaf edir. Bəhreyin tərəfindən parlamentlərarası əməkdaşlıq çərçivəsində də dəstək göstərilmiş və Parlament Şəbəkəsinin ikinci iclası Manamada uğurla təşkil olunmuşdur. Azərbaycan Milli Məclisində Bəhreynlə parlamentlərarası əlaqələri idarə edən işçi qrup da fəaliyyət göstərir ki, bu da ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir.

İki ölkənin xarici işlər nazirləri arasında ilk görüş mayın 12-də Şura Məclisinin sədri ilə keçirilmişdi. Bu görüşlərdə bir sıra önəmli məsələlər müzakirə olunmuşdur. Xüsusilə, diplomatik pasportlara malik şəxslərin qarşılıqlı olaraq vizasız səfər imkanları məsələsi razılaşdırılmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycanın Körfəz ölkələri ilə əlaqələri sürətlə inkişaf edir. Bu, ümumilikdə ərəb ölkələri və Yaxın Şərq regionu ilə əlaqələrin genişlənməsini də əks etdirir. Azərbaycan həmçinin Yaxın Şərq və Qafqaz arasında körpü rolunu oynayır. Belə ki, artıq Bəhreynlə viza rejimi ləğv olunub və bu ölkə Körfəz regionundakı maliyyə və investisiya mərkəzləri ilə sıx əməkdaşlıq edir.

Gələcəkdə iqtisadi və maliyyə sahələrində ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyi gözlənilir. Eyni zamanda, Azərbaycanda keçirilən regional forumlarda Bəhreyn fəal iştirak edir. Elə son Manama forumunda da xarici işlər naziri Ceyhun Bayramov iştirak etmişdi.

T.ARAZOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri