Icma.az
close
up
RU
Diplomatiya müstəvisində parlaq qələbə

Diplomatiya müstəvisində parlaq qələbə

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məramları, məqsədləri işğalçılıq olan ermənilər 1993-cü il iyulun 4-də artilleriya ilə Ağdamı bombalamış, şəhərin hər yerini məhv etmişlər. 23 iyul 1993-cü il tarixdə Ağdam şəhəri Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırıb, 2010-cu ildə Əl-Cəzirənin internet nəşri Ağdamı
“Ruhlar şəhəri” siyahısına salıb.
Nəhayət 27 il sonra, 2020-ci lin 27 sentyabrında Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan ordusu 44 gün ərzində bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuzun qarşısında tab gətirə bilməyən ermənistan ordusu ağ bayraq qaldıraraq təslim olmuşdur. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin ölkəmizin qələbəsini rəsmiləşdirən Bəyanatı imzaladılar. İmzalanan üçtərəfli bəyanata əsasən Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılmışdır.
44 günlük Vətən müharibəsi zamanı ölkə başçısı, Müzəffər Ali baş Komandan hər gün xalqa müraciət edərək, işğaldan azad edilmiş şəhər və kəndlərimizin müjdəsini verirdi. Ağdam şəhərinin işğaldan azad edilməsi xəbərini xalqa çatdıran dövlətimizin başçısı Ağdam əhalisinə səslənərək deyirdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”. Ağdamın bir güllə atmadan, şəhid vermədən işgaldan azad edilməsi, Azərbaycanın gücünün, qüdrətinin, eyni zamanda bu ölkəmizin həm
müharibə, həm də diplomatiya müstəvisində parlaq qələbəsinin göstəricisi idi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalın təsis edilməsi ilə əlaqədar sərəncam imzalamış, sərəncama əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min 790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Ölkə başçısı 2023-cü il iyulun 31-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən 20 noyabr Ağdam Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd ediləcək.

2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Ağdam şəhərinə səfər etmiş və üçrəngli bayrağınımızı Ağdamda qaldırmışdır.
Prezident İlham Əliyevin göstərişi və şəxsi nəzarəti altında bu gün işğaldan azad edilmiş torpaqlarımızda o cümlədən Ağdam rayonunda da genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Ölkə başçısı Ağdam rayonuna bir neçə dəfə səfər etmiş, səfərlər zamanı cənab Prezident Ağdam Məsçidini ziyarət etmiş, şəhərinin bərpasının təməl
daşını, məktəb binasının, avtomobil yolunun, Sənaye Parkının, şəhər ərazisində inşa olunan ilk yaşayış binasının, eləcədə digər əhəmiyyətli obyektlərin təməlini qoymuş, görülən işlərlə tanış olmuş tapşırıq və tövsiyyələrini vermişdir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə o cümlədən Ağdamda görülən sürətli bərpa quruculuq işləri əminliklə deməyə əsas verir ki, qısa zamanda Şəhərin əvvəlki şöhrəti qaytarılacaq!

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədr

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see923

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see369

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see272

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see243

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see222

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see222

Qaret Beyl karyerasını bitirdikdən sonra müflis olmaqdan qorxub

27 İyul 2026 00:26see215

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see213

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see208

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see207

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see206

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see204

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see203

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see201

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see196

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see193

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see185

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see183

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see177

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri