Icma.az
close
up
RU
Diplomatiya müstəvisində parlaq qələbə

Diplomatiya müstəvisində parlaq qələbə

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sahib Şükürov,

YAP Göyçay rayon təşkilatının sədri

Məramları, məqsədləri işğalçılıq olan  ermənilər 1993-cü il iyulun 4-də artilleriya ilə Ağdamı bombalamış, şəhərin hər yerini məhv etmişlər. 23 iyul 1993-cü il tarixdə Ağdam şəhəri Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.  2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırıb, 2010-cu ildə Əl-Cəzirənin internet nəşri Ağdamı “Ruhlar şəhəri” siyahısına salıb.

Nəhayət 27 il sonra, 2020-ci lin 27 sentyabrında  Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan ordusu 44 gün ərzində bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuzun qarşısında tab gətirə bilməyən ermənistan ordusu ağ bayraq qaldıraraq təslim olmuşdur.

2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin ölkəmizin qələbəsini rəsmiləşdirən Bəyanatı imzaladılar. İmzalanan üçtərəfli bəyanata əsasən Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılmışdır.

44 günlük Vətən müharibəsi zamanı ölkə başçısı, Müzəffər Ali baş Komandan hər gün xalqa müraciət edərək, işğaldan azad edilmiş şəhər və kəndlərimizin müjdəsini verirdi. Ağdam şəhərinin işğaldan azad edilməsi xəbərini xalqa çatdıran dövlətimizin başçısı Ağdam əhalisinə səslənərək deyirdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.

Ağdamın bir güllə atmadan, şəhid vermədən işgaldan azad edilməsi, Azərbaycanın gücünün, qüdrətinin, eyni zamanda bu ölkəmizin həm müharibə, həm də diplomatiya müstəvisində parlaq qələbəsinin göstəricisi idi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalın təsis edilməsi ilə əlaqədar sərəncam imzalamış, sərəncama əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  5 min 790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Ölkə başçısı   2023-cü il iyulun 31-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən  20 noyabr Ağdam  Şəhəri  Günü kimi hər il təntənəli şəkildə qeyd ediləcək.

2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Ağdam şəhərinə səfər etmiş və üçrəngli bayrağınımızı Ağdamda  qaldırmışdır.

Prezident İlham Əliyevin göstərişi və şəxsi nəzarəti altında bu gün işğaldan azad edilmiş torpaqlarımızda o cümlədən Ağdam rayonunda da  genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə həyata keçirilir.

Ölkə başçısı Ağdam rayonuna bir neçə  dəfə səfər etmiş, səfərlər zamanı cənab Prezident  Ağdam Məsçidini ziyarət etmiş, şəhərinin bərpasının təməl daşını, məktəb binasının, avtomobil yolunun, Sənaye Parkının, şəhər ərazisində inşa olunan ilk yaşayış binasının, eləcədə digər əhəmiyyətli obyektlərin  təməlini qoymuş, görülən işlərlə tanış olmuş tapşırıq və tövsiyyələrini vermişdir.

Bu gün işğaldan azad edilmiş ərazilərdə o cümlədən Ağdamda görülən sürətli bərpa quruculuq işləri əminliklə deməyə əsas verir ki, qısa zamanda Şəhərin əvvəlki şöhrəti qaytarılacaq!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Noyabr 2024 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri