Icma.az
close
up
RU
Diplomatiyası korrupsiya şəbəkəsinə çevrilmiş AVROPA

Diplomatiyası korrupsiya şəbəkəsinə çevrilmiş AVROPA

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru, Azərbaycana qarşı qərəzi və az qala düşmənçiliyi ilə tanınan Luis Okamponun qalmaqallı videosu üzə çıxıb.

Yayılan video görüntülər Avropa siyasətindəki rəzilliyi bir daha ortaya qoydu. Həmin video Avropa qurumlarında erməni lobbisinin fəallığının və Avropa İttifaqının yüksək rəhbərliyində korrupsiyanın hansı həddə çatdığını tam çılpaqlığı ilə göstərir. Söhbət BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Ocampo və onun oğlu Tomasın əks olunduğu video görüntülərdən gedir. Onların hər ikisi öz məqsədləri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə çox açıq və çılpaqlığı ilə danışırlar.

Avropada bəzi siyasətçilərin erməni lobbilərinin təsiri altında olduğu və korrupsiya ilə bağlı iddialar var. Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlunun Avropa siyasətinə təsir göstərmək, Azərbaycana qarşı təzyiq yaratmaq və Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq planları qurmaları, ümumilikdə Avropa strukturlarında gizli siyasi təsir və regional proseslərə müdaxilə iddialarını önə çəkir. Okamponun oğlu söhbət zamanı açıq şəkildə məqsədlərini açıqlayır. O bildirir ki, “bizim nail olmalı olduğumuz şey Paşinyanı, uzaqlaşdırmaqdır”.

Yayılan qalmaqallı video Azərbaycanda da böyük rezonans yaratdı. Artıq bir çox politoloqlar məsələyə öz münasibətini bildirib.

Yayılan görüntülər ətrafında Lent.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, bu etiraf həm də erməni lobbisinin Avropada nüfuzdan düşmüş, cinayət əməlləri ilə məşğul olmuş şəxslərlə necə dərin əlaqələr qurduğunu ifşa edir: 

“Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okamponun etirafları, əslində, Avropa Parlamentində hansı proseslərin baş verdiyini göstərir. Əslində rüşvət müqabilində lobbiçilik edən bu parlamentarilər heç bir hüquqi norma və Avropa dəyərlərinə sadiqlik nümayiş etdirmədən, sadəcə pul qarşılığında siyasəti və diplomatiyanı korrupsiya şəbəkəsinə çevirdiklərini açıq şəkildə göstərdilər.

İndi məsələ təkcə Avropa Parlamenti üzvlərinin, o cümlədən Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə sabiq Ali Nümayəndəsi Cozep Borrellin korrupsiya fəaliyyətində iştirakı və bu prosesdə alətə çevrilməsi ilə məhdudlaşmır: “Eyni zamanda beynəlxalq hüquqa zidd, antisivilizasion elementləri özündə birləşdirən və sivilizasiyalar arasında qarşıdurmanı təşviq edən yanaşmaların da mövcud olduğunu görürük. Belə olan halda bu korrupsiyanın hüququ necə cinayətkar və rüşvətxor mexanizmlərə alət etdiyini bir daha müşahidə edirik. Bu baxımdan Ermənistan Baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması kimi absurd ideyanı qarşıya məqsəd qoyan bu lobbi təşkilatının uğur qazanması real görünmür. Bununla belə, baş verənlər Avropa siyasətinin və ayrı-ayrı siyasətçilərin ifşa olunması baxımından mühüm əhəmiyyət daşıyır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Aprel 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri