Icma.az
close
up
RU
Diplomatlar Xankəndidə Zəfər meydanı və Qarabağ Universitetində olublar FOTOLAR

Diplomatlar Xankəndidə Zəfər meydanı və Qarabağ Universitetində olublar FOTOLAR

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az xəbər verir ki, xarici diplomatları qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qonaqlara Zəfər meydanı və Zəfər parkı barədə ətraflı məlumat verib.

Bildirib ki, park Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfəri əks etdirən və bu Qələbənin yaddaşlarda əbədiləşdirilməsinə xidmət edən mühüm məkanlardan biridir.Qeyd olunub ki, Xankəndi Zəfər parkının əsas memarlıq elementlərindən biri 44 metr hündürlüyündə Zəfər Tağıdır. Tağa aparan yol üzərində 44 pillə yerləşir. Bu rəqəm 44 günlük Vətən müharibəsinin simvolik ifadəsi kimi parkın memarlıq konsepsiyasında öz əksini tapıb.

Bildirilib ki, Zəfər Tağı 10 mərtəbədən ibarətdir və onun 9-cu mərtəbəsində “Zəfər Qalereyası” fəaliyyət göstərir. Tağın üzərində həmçinin baxış meydançası yaradılıb.

Xüsusi nümayəndə xarici diplomatlara Böyük Qayıdış proqramı çərçivəsində Xankəndi şəhərində həyata keçirilən bərpa-quruculuq işləri barədə də məlumat verib. Bildirilib ki, qayıdış prosesi ilə paralel olaraq yaşayış məntəqələrinin bərpası, müasir infrastrukturun yaradılması və əhalinin rahat yaşayışı üçün zəruri şəraitin formalaşdırılması istiqamətində işlər davam etdirilir.Daha sonra xarici diplomatlar Qarabağ Universitetində olublar.Nümayəndə heyətini Qarabağ Universitetində  rektor Şahin Bayramov qarşılayıb.

O,  qonaqlara Qarabağ Universitetinin fəaliyyəti, burada həyata keçirilən təhsil proqramları, tələbələrin sayı və onlar üçün yaradılan şərait barədə ətraflı məlumat verib.Bildirilib ki, Qarabağ Universitetində tədris prosesi artıq üçüncü ildir həyata keçirilir. Yeni tədris ili sentyabrın 15-də başlayacaq.Universitetdə hər il təhsil alan tələbələrin sayı artır.Rektor qeyd edib ki, universitetin fəaliyyətinin ilk ilində mindən çox tələbə təhsil alıb. İkinci tədris ilində tələbələrin sayı iki mini keçib.

Bu il isə universitetdə təhsil alacaq tələbələrin sayının üç minə yaxın olması gözlənilir. Rektor  tələbələr üçün yaradılan şərait barədə də məlumat verib. Bildirib ki, Qarabağ Universitetində tələbələr ödənişsiz təhsil alır, onların yaşayışı üçün zəruri şərait yaradılır, tələbələr yataqxana və mənzillərlə təmin olunurlar.Qeyd olunub ki, universitetdə müasir tədris proqramları tətbiq edilir, tələbələrin keyfiyyətli təhsil alması üçün müasir infrastruktur formalaşdırılır.Rektor universitetin gələcək inkişaf perspektivlərindən də danışıb.

Bildirib ki, Qarabağ Universitetinin tədris və infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.Universitetin yeni korpuslarının inşası həyata keçirilir.Qeyd olunub ki, iqtisadiyyat istiqaməti üzrə yeni korpus artıq tikilərək istifadəyə verilib.

Növbəti illərdə isə universitet şəhərciyində daha bir neçə yeni korpusun inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.Xarici diplomatlar Qarabağ Universitetində yaradılmış təhsil infrastrukturu ilə tanış olub, tələbələr üçün yaradılan şərait və universitetin gələcək inkişaf planları barədə məlumat əldə ediblər.Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Sentyabr 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri