DiplomatlarXankəndidəki tikinti quruculuq işləri ilə tanış olublar
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Hazırda Xankəndi şəhərində Zəfər parkı, Konqres mərkəzi tikilir, Zəfər muzeyi, Xankəndi şəhər futbol stadionu, Xüsusi nümayəndəliyin binası, Biznes mərkəzi, mədəniyyət mərkəzi bərpa edilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov şəhərə səfər edən xarici diplomatlara məlumat verərkən deyib.
Elçin Yusubov bildirib ki, Xankəndi şəhəri Prezidentin diqqət və qayğısı ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 35 ildən çox ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.
Xatırladaq ki, Xankəndi şəhərinə səfər edən Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri, beynəlxalq təşkilatların nümayəndələri və hərbi nümayəndələr burda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yaxından tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 Aprel 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















