Icma.az
close
up
RU
Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu REPLİKA

Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu REPLİKA

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Diplomları və sertifikatları saxta çıxan uzman ginekoloq kimi fəaliyyət göstərən Turanə Nəsibova-Paşayeva nazir olmaq arzusuna düşüb. 

Xatırladaq ki, bir neçə ay əvvəl mediada Turanə Nəsibova-Paşayeva haqqında xeyli müzakirələr aparılmışdı. 

Müzakirələrdən sonra 5 ali təhsilinin olduğunu deyən, 8 dildə danışa bildiyini söyləyən, 178 sertifikat aldığını vurğulayan, özünü uzman ginekoloq kimi təqdim edən Turanə Nəsibova-Paşayeva ilə bağlı yoxlamalar başladı. Yoxlamalar zamanı onun diplomlarının və sertifikatlarının saxta olduğu üzə çıxdı. 

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən də bildirildi ki, Azərbaycan Respublikasında praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri barədə məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Tibb kadrlarının vahid reyestri"nə daxil edilir. Həmin şəxslə bağlı sözügedən reyestrdə məlumat mövcud deyil.

Turanə Nəsibova-Paşayeva TikTok paylaşımları ilə yenidən gündəmə gəlib.

Onun paylaşımlardan belə məlum olur ki, saxtakarlığı ifşa olunandan sonra onun fəaliyyəti yoxlanılıb və qanunsuzluqlar aşkar edildiyi üçün klinikası qapadılıb. 

İndi Turanə Nəsibova-Paşayeva bağlanan obyektlərini geri istəyir. Əks halda o, nazir postuna iddialıdır: "Obyektlərimi geri qaytarmırlarsa mən nazir postunu istəyirəm. Mən buna layiqəm". 

Belə...

Görünən odur ki, Turanə Nəsibova-Paşayeva danışdıqca özünü batırır. Bundan əvvəl də danışdı, bütün sertifikatları, diplomları saxta çıxdı. Sonra da klinikasını və digər obyektlərini bağladılar.

Yenə danışmağa başlayıb və yenə özünü yandırır. 

Görəsən uzman ginekoloq bu dəfə nələri qurban verəcək? 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Noyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri