Icma.az
close
up
RU
Diplomsuz stomatoloq işdən çıxarıldı, klinikaya protokol TƏRTİB EDİLDİ

Diplomsuz stomatoloq işdən çıxarıldı, klinikaya protokol TƏRTİB EDİLDİ

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həkim diplomu olmadan stomatoloq işləyən iki şəxs barədə iddialar araşdırılıb, onlardan birinin əmək müqaviləsinə xitam verilib. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib. Qeyd olunub ki, "L.A. Dent" klinikasında çalışan Turab Məmmədli və Qaragözova Tibb Mərkəzində çalışan Hafiz İsazadənin diş həkimi işləmək üçün heç bir təhsilinin olmadığı barədə iddialar AEM-in işçi qrupu tərəfindən araşdırılıb.
Məlum olub ki, tibb kadrlarının vahid dövlət registrində olan məlumata əsasən, Hafiz İsazadə (diş texniki) və Turab Məmmədli (ortoped-stomatoloq) orta tibb təhsillidirlər.

"Hafiz Faiq oğlu İsazadənin vəzifə səlahiyyətləri araşdırılan zaman onun 12.04.2028-ci il tarixinədək qüvvədə olan dövlət sertifikasiya şəhadətnaməsi əsasında stomatologiya ixtisası üzrə diş texniki praktik tibb fəaliyyəti ilə məşğul olması müəyyən edilib. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, diş texniki Hafiz Faiq oğlu İsazadənin praktik tibb fəaliyyəti məqsədəmüvafiq hesab edilir. Həmçinin mediadan edilən müraciətlərlə əlaqədar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 27 ünvanda yerləşən "L.A.Dent diş klinikası" MMC-yə məxsus özəl tibb müəssisəsində əməkdaşlarımız tərəfindən plandankənar (növbədənkənar) yoxlama keçirilib. Yoxlama zamanı Turab Məmmədlinin əmək müqaviləsi üzrə diş texniki vəzifəsinə götürülməsi və sertifikatsız tibb fəaliyyəti ilə əlaqədar MMC barədə inzibati tənbeh tədbiri seçilərək, İnzibati Xətalar Məcəlləsinin (İXM) 215.1 (lisenziyadankənar fəaliyyət) və 215.4-cü (sertifikasiyadan keçməyən şəxsin praktik tibbi fəaliyyətə buraxılması) maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd edək ki, bu gündən etibarən həmin klinikada Turab Məmmədlinin əmək müqaviləsinə xitam verilib", - məlumatda deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Avqust 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see202

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see181

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see153

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see146

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see145

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see144

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see136

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see130

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see124

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see123

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see123

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see123

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see120

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri