Icma.az
close
up
RU
DİQQƏT! Altı saatlıq iş rejimi gəlir...

DİQQƏT! Altı saatlıq iş rejimi gəlir...

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Son illər dünyada 6 saatlıq iş günü modeli ilə bağlı müzakirələr genişlənir. Xüsusilə psixoloji yüklənmə, işçi məmnuniyyəti və əmək məhsuldarlığı ilə bağlı aparılan araşdırmalar fonunda bir sıra ölkələrdə iş saatlarının azaldılması istiqamətində addımlar atılır.

Azərbaycanda da bu modelin gələcəkdə daha geniş tətbiq olunub-olunmayacağı maraq doğuran məsələlərdənidir. İqtisadçı Vahid Əhmədov bildirib ki, 6 saatlıq iş günü əvvəllər də bəzi sahələrdə tətbiq olunub. Onun sözlərinə görə, xüsusilə ağır və zərərli sahələrdə qısaldılmış iş rejimi praktikası mövcud olub: “Ağır sənaye və zərərli iş yerlərində əvvəllər də altı saatlıq iş günü tətbiq edilirdi. Son vaxtlar isə ümumilikdə iş saatlarının azaldılması məsələsi daha çox müzakirə olunur”. Vahid Əhmədov hesab edir ki, texnologiyaların inkişafı iş rejimlərinin dəyişməsinə təsir göstərir. Azərbaycanda 6 saatlıq iş rejiminin tətbiqinə niyə keçid olunmur? Onlayn iş təcrübəsinin inkişaf etdiyi vaxtda 8-9 saatlıq ofis işinə nə ehtiyac var? Bu, həm də tıxacların azalmasına səbəb olmazmı?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, ölkəmizdə 6 saatlıq iş rejiminə keçid hazırda o qədər də praktiki deyil: “Bəzi sahələrdə işçini 12-14 saat işlədirlər. Bütün sahələrdə 8 saatlıq iş rejiminə keçə bilməmişik. Belə olan halda 6 saatlıq iş rejimi müzakirə mövzusu ola bilərmi?! Texnologiya inkişaf etdikcə xarici ölkələrdə biznes sahələri iş vaxtını və iş günlərini qısaldır. Bunun müqabilində onlar nə əmək haqqını azaldırlar, nə də məhsuldarlıq aşağı düşür. Yəni, 8 saata əldə etdikləri iş, 4-5 saata başa gəlir. Nəticədə şirkətlər itirmir, əksinə qazanırlar. Çünki müəssisə də xərclərini azalda bilir. Beləliklə, nə işçi, nə də işə götürən uduzmur. Əvvəlki hasilat norması olduğu kimi qalır. Azərbaycanda bunu özəl sektor tətbiq edə bilər. Dövlət sektorunda isə 8 saatlıq iş rejimidir və mümkün deyil. Özəl qurumlar istəyərlərsə, bunu tətbiq edə bilərlər. Ancaq bir məsələ də var ki, Azərbaycanda sahələrə hələ o səviyyədə yüksək texnologiya, süni intellekt, robot tətbiqi müşahidə edilmir. Bu məsələdə dünyanın əsas aparıcı dövlətlərindən geridəyik. Bu baxımdan ölkəmizdə iş saatının qısaldılması aktual deyil. İşə götürən məsafədən iş məsələsini tətbiq edə bilər. Və ya iş vaxtını qısalda bilər. Bunu qanunla tənzimləyə ehtiyac yoxdur. Təəssüf ki, bəzi sektorlarda, məsələn, tikinti, ticarət kimi sahələrdə işçini 10-12 saat işlədib, 8 saatın pulunu verirlər”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, iş saatının qısaldılması vacibdir və tətbiqinə ehtiyac var: “Pandemiya dönəmindən məsafədən işi təşkili təcrübəsi var. Müəyyən tədbirlər olan zaman bunu məsafədən təşkil etmək olursa, biz bunu niyə il boyu tətbiq etməyək. Digər önəmli məsələ isə 2026-2026-cı illər üçün nəzərdə tutulan rəqəmsal keçiddir. Məsələn, 2019-cu ildən Azərbaycanda elektron çıxarışlara keçid edilib. Çıxarışların bəzilərində köhnə ünvan qeyd olunub, yeni ünvan isə boş saxlanılıb. Vətəndaş ev və ya ofisdən çıxmadan mobil notariatla əməliyyat icra etmək istədikdə bu çıxarış tanınmır. Qeyd edilir ki, əlavə kağızlarla birlikdə notariusa getməyə ehtiyac var. ASAN xidmətə müraciət etdikdə bildirilir ki, əmlak rayonda yerləşdiyi üçün vətəndaş yerli idarəyə getməlidir. Bu göstərir ki, rəqəmsal çıxarış olsa da, hər hansısa çatışmayan elementi düzəltmək üçün yenə də fiziki getməyə ehtiyac var. Bu isə özlüyündə fiziki yüklənməyə zəmin yaradır. Bu baxımdan məsafədən işin təşkili artmalıdır, onlayn müraciət imkanları yaradılmalıdır. Bütün bunlar əlbəttə ki, birbaşa tıxaclara təsir edən məqamlardan biridir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 İyun 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri