DİQQƏT: Bu müəllimlərə yeni güzəştlər edilə bilər KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda ucqar və kənd rayonlarında müəllim çatışmazlığı problemi uzun illərdir aktuallığını qoruyur. Bu səbəbdən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində regionlarda çalışmağa hazır olan namizədlər üçün əlavə təşviq mexanizmlərinin tətbiqi məsələsi vaxtaşırı gündəmə gəlir.
Bəs gələcəkdə bu istiqamətdə hər hansı güzəşt və ya üstünlüklərin tətbiqi mümkün ola bilərmi?
Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev KONKRET.az-a açıqlamasında bildirib ki, regionlarda işləməyə hazır olan müəllim namizədləri üçün müəyyən stimullaşdırıcı tədbirlərin görülməsi məqsədəuyğun hesab edilir.
Fuad Hacıyev
“Bu, əlavə bal, əməkhaqqına əlavələr, kirayə və ya digər sosial dəstək paketləri şəklində ola bilər. Çünki ucqar rayonlarda müəllim çatışmazlığı hələ də aktual problemlərdən biridir.
Bununla yanaşı, MİQ prosesi tam şəffaf, əvvəlcədən planlaşdırılmış və proqnozlaşdırıla bilən şəkildə təşkil edilməlidir.
Namizədlər nə vaxt imtahan verəcəyini əvvəlcədən bilməli, qurumlar isə müəyyən etdikləri təqvimdən kənara çıxmamalıdır”.
Ekspert hesab edir ki, həm regionlara müəllim axınını artıracaq təşviq mexanizmlərinin yaradılması, həm də MİQ prosesinin daha çevik və şəffaf idarə olunması təhsil sisteminin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 09 İyul 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















