Icma.az
close
up
RU
Diqqət! Bu problem kişilərdə sonsuzluğa səbəb olur

Diqqət! Bu problem kişilərdə sonsuzluğa səbəb olur

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Piylənmə təkcə fiziki sağlamlığa deyil, həm də reproduktiv sağlamlığa təsir göstərir.

Ölkə.Az "Posta" qəzetinə istinadla xəbər verir ki, bu barədə türkiyəli uroloq Taha Uçar danışıb. O bildirib ki, insan bədənindəki bütün proseslərin normal qaydada irəliləməsi üçün sağlam qidalanmaq olduqca vacibdir:

“Artıq çəkili kişilərdə estrogen, testosteron, FSH, LH, leptin və insulin kimi bəzi hormonlar lazım olandan çox və ya az istehsal oluna bilər. Piylənmə erektil disfunksiyaya və ya xayalarda temperaturun artması səbəbindən sonsuzluğa səbəb ola bilər. 

Nəticədə, piylənməyə görə sperma sayında azalma, sperma keyfiyyətinin pisləşməsi və ya sperma hərəkətliliyinin aşağı olması baş verə bilər. Bütün bu amillər qiymətləndirildikdə kişilərin reproduktiv funksiyalarını pozan piylənmənin sonsuzluq riski yaratdığı müşahidə edilir.

Kişi orqanizmində hər əlavə 10 kilo çəkinin sonsuzluq riskini təxminən 10% artırdığı düşünülür”.

T.Uçarın sözlərinə görə, orqanizmdə yığılan yağ hüceyrələrindən ayrılan estrogen miqdarının artması, testosteron səviyyəsinin azalması və digər reproduktiv hormonların balansının pozulması sperma istehsalının azalmasına səbəb olur:

"İdeal çəkiyə malik kişilərlə müqayisədə obez kişilərdə testosteron səviyyəsi təxminən 25% azalır. Çəkili kişilərdə sperma sayının azalması və ya olmaması (azospermiya), sperma keyfiyyətinin və formasının pozulması, sperma hərəkətliliyinin aşağı olması müşahidə oluna bilər. Eyni zamanda, piylənmə sperma DNT-sinin pisləşməsinə və epigenetik zədələnməsinə səbəb ola bilər.
Hamiləlik baş tutsa belə, bu, uşağın itirilməsinə, vaxtından əvvəl doğuşa və ya körpədə sağlamlıq problemlərinə səbəb ola bilər.  Bundan əlavə, xaya nahiyəsində yağlanma səbəbindən temperaturun artması sperma istehsalına mənfi təsir göstərir. Hormonal sistemə mənfi təsir göstərmək bəzi kişilərdə piylənmə səbəbiylə cinsi istəyin azalması kimi problemlərə yol aça bilər”.

Mütəxəssis bu problemin həlli yollarından da söz açıb:

“Kişi sonsuzluğuna səbəb olan faktorların qiymətləndirilməsi və gecikmədən xəstəyə uyğun müalicəyə başlanması son dərəcə vacibdir. Piylənməni müalicə etmək üçün ilk növbədə kökəlməyə səbəb olan faktorları yaxşı müəyyənləşdirmək lazımdır. Müalicənin ilk qaydası yemək vərdişlərini və həyat tərzini dəyişdirməkdir.  Bu hallarda xəstənin boyuna və çəkisinə görə dəyişən alternativ müalicə üsulları mövcuddur. Körpə sahibi olmaq istəyən, lakin hamiləliyə nail ola bilməyən və piylənmə problemi olan cütlüklər üçün peyvənd və süni mayalanma kimi köməkçi reproduktiv üsullarla hamiləlik şansını artırmaq mümkündür.

Bu gün elm və texnologiyanın inkişafı ilə kişilərdə spermoqramma testi nəticəsində sperma sayı az olsa da, sperma görünməsə belə uşaq sahibi olmaq şansı var. Odur ki, kökəlmənin sperma sayı və keyfiyyətinə mənfi təsirləri olduğu bilinsə də, kök kişilərin köməkçi reproduktiv üsullarla uşaq sahibi olmaq şansının olduğunu unutmaq olmaz”.

T. Uçar əlavə edib ki, ata olmağı planlaşdıran və artıq çəkisi olan kişilər hamiləlik planlaşdırılmazdan azı 6 ay əvvəl idmana və sağlam qidalanmaya başlamalıdır:

"Antioksidant tərkibli qidaların istehlakı, mövsümündə təzə meyvə-tərəvəz yemək və mütəxəssis nəzarətində vitamin əlavələri qəbulu arıqlamağa kömək edəcək və eyni zamanda sperma parametrlərinin normal dəyərlərə çatmasını dəstəkləyəcək”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son 10 ildə aparılan araşdırmalar nəticəsində məlum olub ki, piylənməyə məruz qalanların sayı 10-30% artıb. Piylənmə son illər yeniyetmə və uşaqlarda 4 dəfə artıb.

Billurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Fevral 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri