DİQQƏT! Bu rayonda qaz OLMAYACAQ
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qusar rayonunda 23 fevral saat 10:00-dan etibarən 3 209 abonentin qaz təchizatı dayandırılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismarı idarəsi (RQİİ) məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması Şahdağ yolunun təmiri ilə əlaqədardır.
Qaz təchizatı dayandırılan müddətdə Qusarın Yeni məhəllə, Şarvili, Füzuli, Sərdar Səfərov, Maqamayev, 8 Mart, Elza İbrahimova, Ləzgi-Nemət, Sahil, Məlikov, Füruddin Həsrətov, Yetim-Emin, Ləzgi Əhməd küçələri, Qayakənd və Çiləgir kəndləri olmaqla ümumilikdə 3 209 abonentin qaz təchizatında fasilə yaranacaq.
Qeyd edilib ki, qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
Baxış sayı:164
Bu xəbər 20 Fevral 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















