Icma.az
close
up
RU
DİQQƏT! Bu tarixdən etibarən ölkə ərazisində temperatur enəcək

DİQQƏT! Bu tarixdən etibarən ölkə ərazisində temperatur enəcək

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevralın 5-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, yağıntılı olacağı proqnozlaşdırılır. Hazırda isə ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

BAKU.WS xəbər verir ki, bunu ekologiya və təbii sərvərlər nazirinin müavini Umayra Tağıyeva deyib.

Nazir müavini vurğulayıb ki, hazırkı hava şəraiti əvvəlcədən proqnozlaşdırıldığı kimidir:

"Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması nəticəsində inversiya dumanı formalaşır.

Məlumat üçün qeyd edim ki, ötən günlərdə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcə isti qeydə alınıb. Ötən gün iqlim normasından 6.7 dərəcə yüksək olub. İqlim normasından yüksək temperatur rejimi regionlarda da qeydə alınır. Əsasən sakit küləksiz havada həm də inversiya qatının yaranması dumanlı hava üçün əlverişli şərait sayılır.

Hazırda Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır".

U.Tağıyeva Azərbaycanda qışın sərt keçəcəyi ilə əlaqədar yayılmış informasiyaların öz əksini tapmadığını bildirib. O qeyd edib ki, həmin məlumatlar ölkənin rəsmi qurumunun yaydığı informasiya deyil:

"Faktiki müşahidələr də bu kimi fərziyyələrin təsdiqini tapmadığı haqqında xəbər verir. Belə ki, dekabr və yanvar aylarında orta aylıq temperatur normadan 1.2 dərəcə yuxarı olub. Fevralın ilk günlərində normadan nisbətən yüksək temperatur rejimi davam edəcək.

Hər il olduğu kimi fevral ayı ərzində də soyuq dövrlər istisna edilmir və əhaliyə bu barədə 3-4 gün öncədən xəbərdarlıqlar təqdim olunur. Fevralın 5-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, yağıntılı olacağı proqnozlaşdırılır. Müxtəlif hava saytları mövcuddur və bəzi hallarda orada təqdim olunan məlumat, rəsmi orqanın məlumatından fərqli olur. Buna görə daha dəqiq məlumatları meteo.az mobil tətbiqindən əldə etmək mümkündür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Fevral 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri