Icma.az
close
up
RU
DİQQƏT! Bu xəstəliyə hər kəs tutula bilər 5 VACİB FAKT

DİQQƏT! Bu xəstəliyə hər kəs tutula bilər 5 VACİB FAKT

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Son zamanlar respirator infeksiyaların çox yayılması orqanizmdə immunitetin zəifləməsi fonunda bir sıra xroniki xəstəliklərin, o cümlədən vərəm xəstəliyinin aktivləşməsinə səbəb olur.

Bronx-ağciyər aparatının 800-ə yaxın xəstəliyi mövcuddur ki, bu xəstəliklərə düçar olmuş insanların 50%-dən çoxunda ilk 6 ay ərzində heç bir əlamət müşahidə edilmir.

Bronx-ağciyər xəstəlikləri üçün xarakterik sayılan öskürək əlaməti xəstələrin bir qrupunda uzun müddət ümumiyyətlə olmur. Buna görə də bir çox hallarda tənəffüs orqanları xəstəliyi olan şəxslər vaxtında həkimə müraciət etmədiyi üçün gecikmiş və yayılmış mərhələdə aşkar edilirlər.

Tənəffüs orqanlarını, xüsusilə daha çox zədələyən vərəm xəstəliyi xroniki gedişli, azsimptomlu olub tədricən inkişaf etdiyi üçün bu xəstələr bəzi hallarda erkən mərhələdə aşkar edilmir. Belə ki, tənəffüs orqanlarının vərəmi olan xəstələr daha çox ya kəskin respirator virus infeksiyalarından sonra sağalmanın olmaması, ya da vərəm prosesinin inkişafı nəticəsində əlamətlərin güclənməsi, xüsusilə qanhayxırmanın müşahidə edilməsi zamanı həkimə müraciət edirlər.

Bu baxımdan insanların hazırda bütün dünyada geniş yayılmış və tənəffüs orqanlarını daha çox zədələyən vərəm xəstəliyi, onun əlamətləri haqqında məlumatlı olmaları vacibdir.

Vərəm haqqında hər kəs bilməli olduğu vacib detallar:

1. Vərəm xəstəliyi vərəm çöpləri tərəfindən törədilən xroniki infeksion xəstəlikdir. Vərəm infeksiyası daha çox tənəffüs orqanlarını, ağciyərləri zədələyir. Amma vərəm bütün orqanlarda müşahidə edilə bilər. Belə ki, rast gəlmə tezliyinə görə tənəffüs orqanlarının vərəmindən sonra sümük-oynaq sisteminin, sidik-cinsiyyət orqanlarının, beyin qişalarının və s. digər bütün orqanların vərəmi müşahidə edilir.

2. Vərəm əsasən tənəffüs yolu vasitəsilə (hava-damcı və hava-toz yolu) yoluxur. Vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələr epidemioloji baxımdan daha təhlükəlidirlər. Çünki daha çox belə xəstələrin öskürməsi və asqırması zamanı ətrafdakı sağlam insanların vərəmə yoluxması baş verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin təxminən 1/3 hissəsi vərəm infeksiyasına yoluxub və hər il dünyada 10 milyonadək insan vərəmlə xəstələnir ki, bunların da 3 milyonu vərəm xəstəliyindən dünyasını dəyişir. Yəni dünyada təxminən hər 10 saniyədən bir 1 nəfər vərəm xəstəliyindən ölür. Vərəm çöpləri ilə yoluxanların 10%-ə qədərində vərəm xəstəliyi inkişaf edir. Yoluxmuş insanların qalan 90%-də isə vərəm çöpləri latent (“yatmış”) formada qalaraq insan ömrünün sonunadək xəstəlik törətmir və ya  immunitetin zəifləməsinə səbəb olan hər hansı bir faktorun təsirindən aktivləşərək vərəm xəstəliyi törədir.

3. Vərəmlə hər kəs xəstələnə bilər. Çox yaxşı bir deyim var - vərəm elə xəstəlikdir ki, əvvəlcədən öz vizit kartını heç kəsə göndərmir. Doğrudur, vərəmlə xəstələnməyə görə risk qrupu vardır ki, vərəm xəstəliyi bu qrupdan olan insanlarda daha çox müşahidə edilir. Vərəmlə xəstələnməyə görə müşahidə edilən risk qrupuna aiddir: hormonal terapiya alan endokrinoloji xəstələr, o cümlədən şəkərli diabeti olanlar, açıq ürək əməliyyatı və orqan köçürülməsi əməliyyatı olunanlar, hamiləlik və doğuşdan sonrakı dövrdə olan qadınlar, tibb müəssisələrinin (əsasən qəbul şöbələri və vərəm əleyhinə müəssisələrin) personalı, qidalanması zəif, yaşayış şəraiti qeyri-qənaətbəxş (xüsusilə nəmişlik və günəş şüası düşməyən) olan insanlar, tütünçəkənlər, alkoqoliklər, narkomanlar, tüfeyli həyat tərzi keçirənlər, QİÇS olan xəstələr, cəzaçəkmə müəssisələrində cəza çəkənlər və ordan azad olunanlar, hərbi qulluqçular və s. Amma bu heç də o demək deyil ki, yalnız sadalanan risk qrupundan olan insanlar vərəmlə xəstələnə bilər. Əslində hər kəs ömrünün istənilən dövründə vərəmə tutula bilər. Praktik olaraq da yaşayış şəraiti, qidalanması çox yaxşı olan və sadalanan risk qruplarına aid olmayan insanlar arasında da vərəm xəstəliyinə rastgəlmə halları heç də az deyildir.

4. Vərəm xəstəliyi üçün mütləq patoqnomik olan əlamət mövcud deyil. Yəni elə bir əlamət yoxdur ki, ona əsasən müayinə etdiyimiz şəxsdə vərəm xəstəliyinin olduğunu əminliklə deyək. Amma vərəm zamanı ən çox rast gəlinən əlamətlər bunlardır:  axşamüstü zəif subfebril hərarətin (37,2-37,4 C) olması, ümumi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verməsi, gecələr səhərə yaxın boyun, ənsə, kürək nahiyəsinin tərləməsi (“nəm yastıq” simptomu). Bu əlamətlərlə yanaşı vərəm xəstəliyi zamanı iştahasızlıq, arıqlama, tənəffüs orqanlarının vərəmi zamanı öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrılar, qanhayxırma və ağciyər qanaxması müşahidə edilir.  Xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, əgər öskürək 3 həftədən çox davam edərsə, həmin şəxsin vərəmə görə mütləq müayinə olunması lazımdır.

5. Vərəm müalicə olunan və tam sağalan xəstəlikdir. Təbii ki, xəstəlik nə qədər tez aşkar edilib, vaxtında müalicəyə başlanılıb tam kompleks müalicə edilərsə, nəticə bir o qədər effektli olar. Amma vərəmin müalicəsi uzunmüddətlidir. Belə ki, vərəmin ən məhdud formasının kompleks müalicəsi fasiləsiz olaraq, minimum 6-8 ay davam etdirilməlidir.

Rafiq Bayramov, dosent,

Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrasının müdiri

Aile.lent.az

.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see120

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri