Diqqət çəkən HAZIRLIQ: Təcili 500 məzar qazıldı
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ərzurumda temperaturun mənfi 25 dərəcəyə düşdüyü və torpağın donduğu bir vaxtda, 500 məzar qazılıb dondurucu soyuqlar ərəfəsi hazırlanıb.
Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, Ərzurum Böyükşəhər bələdiyyəsi qəbiristanlıqlar idarəsi donma temperaturundan əvvəl qış hazırlıqlarını tamamlayıb.
Havanın temperaturu sıfır dərəcənin altına düşdüyü şəhərdə qəbiristanlıqlar idarəsinin qrupları yer donmamışdan əvvəl qəbir qazmağı başa çatdırıblar. Əvvəllər ağır texnika ilə qazılan qəbirlər daha sonra işçilər tərəfindən kürək və küləklə qazıldı. Bu, sərt qışdan əvvəl 500 məzarın tamamlanması demək idi.
İşçilərdən birinin dediyinə görə, qış şəraiti sərt olduğundan torpaq donur: “Hətta ağır texnika belə qış aylarında qazmaqda çətinlik çəkir. Buna görə də qəbirləri qışdan əvvəl hazırlayırıq. Hər il 500-600 məzar qazıb hazırlayırıq. Bu qış mövsümündə 500 məzarı tamamlamışıq".
Ərzurum Böyükşəhər bələdiyyəsinin sədri Mehmet Sekmen deyib: "Donmuş torpaq yanvar, fevral və mart aylarında qaya kimi sərtləşir. Palandöken dağlarının ətəyində yerləşən qəbiristanlığa qışda təxminən bir metr qar yağır. Qəbirləri yalnız kompressorla qaza bilərik. Bu problemlərin qarşısını almaq üçün payızda müəyyən hazırlıqlar görürük və qəbir qazdırırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 20 Noyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















