Icma.az
close
up
RU
Diqqət! Daimi yorğunluq bu xəstəliyin simptomu ola bilər

Diqqət! Daimi yorğunluq bu xəstəliyin simptomu ola bilər

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qaraciyəri "lal" orqan adlandırırlar. Qaraciyərdə sinir ucları yoxdur və bu səbəbdən hətta çox ciddi pozulmalar zamanı qaraciyər "susur" - ağrımır.

Nəticədə qaraciyər xəstəlikləri əksər hallarda çox gec aşkar olunur. Lakin bəzi simptomlar var ki, bu simptomlar qaraciyərdə olan problemlərə işarə edir. Bu simptomları mütləq bilmək lazımdır.

Belə ki, əgər sizi uzun müddət ərzində səbəbsiz yorğunluq, yuxululuq, zəiflik, apatiya (həyata marağın itməsi) kimi simptomlar narahat edirsə, mütləq qaraciyərinizi yoxlayın. Qaraciyər orqanizmdə filtr funksiyanı yerinə yetirir - orqanizmə xarici aləmdən daxil olan və orqanizmin fəaliyyəti zamanı orqanizmin özündə əmələ gələn ziyanlı maddələri zərərsizləşdirir. Buna "detoksikasiya" deyilir. Qaraciyər öz funksiyalarını normal yerinə yetirmədikdə, ziyanlı maddələr orqanizmdə toplanmağa başlayır ki, bu da orqanizmin xroniki zəhərlənməsinə (intoksikasiya) səbəb olur. Xroniki intoksikasiya bütün orqanlara "vurur". Beyin xroniki intoksikasiyaya daimi səbəbsiz yorğunluq, yuxululuq, əhval-ruhiyyənin pisləşməsi, apatiya və s. kimi pozulmalarla reaksiya verir.

Saglamolun.az oxucularını digər qaraciyər xəstəliklərinin ilkin simptomları ilə tanış edir:

- həzm proseslərinin pozulmaları (qarında köp, duru nəcis ifrazı)

- dəridə qaşınma, səpgilər, ləkələr, dərinin vəziyyətinin kəskin və səbəbsiz pisləşməsi

- ürəkbulanması

- iştahanın pozulması.

Özünüzdə bu simptomları müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin və lazım olan  müayinələrdən keçin. Belə "ciddi olmayan" simptomlar çox ciddi qaraciyər xəstəliklərinin simptomları ola bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri