Icma.az
close
up
RU
Diqqət! Gələn mesajda “@” dan sonra bu işarə varsa, tələdir

Diqqət! Gələn mesajda “@” dan sonra bu işarə varsa, tələdir

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda vətəndaşları hədəf alan genişmiqyaslı fişinq kampaniyasının aşkar olunması rəqəmsal təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Elektron Təhlükəsizlik Xidməti tərəfindən yayılan məlumata görə, minlərlə istifadəçiyə göndərilən saxta elektron məktublarda hüquq-mühafizə orqanlarının adından hazırlanmış aldadıcı bildirişlərdən istifadə olunub və bu da insanların şəxsi məlumatlarının ələ keçirilməsi riskini artırır.
İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələ hazırda rəqəmsal dünyada hər kəsi narahat edən olduqca aktual və vacib mövzulardan biridir:
“Artıq kiberdələduzlar yalnız texniki boşluqlardan deyil, insanların emosiyalarından və dövlət qurumlarına olan etimadından da “silah” kimi istifadə edirlər. Vətəndaşların bu təhlükələrdən qorunması üçün bəzi sadə, amma effektiv qaydalara əməl etməsi vacibdir. Fişinq hücumları mahiyyətcə rəqəmsal tələdir və bu tələyə düşməmək üçün üç əsas məqama diqqət yetirilməlidir. Təşvişə düşməmək və soyuqqanlı davranmaq lazımdır. Dələduzlar adətən qorxu və təlaş yaratmaqla insanları tələyə salmağa çalışırlar. “Təcili”, “hesabınız bloklanıb”, “cəriməniz var” kimi ifadələr çox vaxt saxta mesajların əlamətidir. Unutmaq olmaz ki, dövlət qurumları e-poçt vasitəsilə heç vaxt şifrə və ya bank kartı məlumatı tələb etmir”.
O bildirib ki, mesajın mənbəyi diqqətlə yoxlanılmalıdır:
“Göndərənin adına deyil, e-poçt ünvanının “@” işarəsindən sonrakı hissəsinə diqqət yetirmək vacibdir. Rəsmi ünvanlarla saxta ünvanlar arasında çox vaxt kiçik, amma həlledici fərqlər olur. Şübhəli linklərə daxil olmamaq və naməlum faylları yükləməmək lazımdır. Belə linklər istifadəçini saxta saytlara yönləndirə bilər. Ən doğru yol, lazım olan sayta brauzer vasitəsilə ünvanı əl ilə daxil etmək və ya rəsmi əlaqə vasitələri ilə məlumatı dəqiqləşdirməkdir. Qısaca desək, kiber məkanda ən güclü müdafiə vasitəsi diqqətli və şübhəçi olmaqdır. Şübhəli mesajlarla qarşılaşdıqda onları açmadan silmək və məlumatı yalnız rəsmi mənbələrdən yoxlamaq ən düzgün yanaşmadır. Bu sahədə maariflənmək isə hər bir istifadəçi üçün vacibdir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:383
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Aprel 2026 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri