Icma.az
close
up
RU
DİQQƏT: “İnstagram” hesablarını oğurlayıb məlumatları ələ keçirirlər

DİQQƏT: “İnstagram” hesablarını oğurlayıb məlumatları ələ keçirirlər

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Sosial şəbəkələrdə yeni dələduzluq növü yayılıb. Xüsusilə, instagram platformasında kiberdələduzlar istifadəçilərin hesablarını ələ keçirərək, onların yaxınlarına yazır və şəxsi məlumatlarını tələb edir. Kibercinayətkar əvvəlcə oğurladığı İnstagram hesabının hekayə bölməsində investisiya edib külli miqdarda pul qazanması ilə bağlı şirinikləndirici  paylaşım edir və insanları bu vasitə ilə, yəni pul qazanmaq adı ilə öz yaxını kimi qələmə verib aldatmağa çalışır. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Yeniazerbaycan.com-a açıqlamasında deyib ki, təəssüf doğuran məqamlardan biri odur ki, vətəndaşlarımız özləri məlumatlarını qarşı tərəfə ötürür: “Əgər sizdən müxtəlif sosial şəbəkə hesablarınızın kodunu, parolunu istəyirlərsə, həmçinin bank kartında olan məlumatlarınız tələb olunursa, bu zaman həyəcan təbili çalmaqda fayda var. Bu halda vətəndaş şübhələnməlidir ki, bank kartına və sosial şəbəkə hesabına daxil olmaq istəyən var, bu zaman qarşı tərəfə inanmayın. İlk növbədə tövsiyə olunan odur ki, sosial şəbəkələr üzərindən tanıdığımız şəxslər belə şübhəli müraciətlər etdikdə, həmin şəxslə birbaşa əlaqə yaratmağımızda fayda var”. 

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev isə qeyd edib ki, hesabların ələ keçirildikdən sonra istifdəsi zamanı ən çox rast gəlinən növbəti ssenari şantaj elementləri ola bilər: “Həmin vaxt dələduzlar çalışırlar ki, bu məqamdan istifadə etsinlər və onun qarşılığında real hesab istifadəçisindən müəyyən miqdarda vəsait əldə edə bilsinlər. İstifadəçi öz hesabını qorumaq üçün təhlükəsizlik parametrlərinə düzəlişlər etməlidir. İkimərhələli doğrulama sazlandıqdan sonra şübhəli girişlərdə artıq hər dəfə əlavə kodlar tələb olunacaq və bu da hesabların kənar şəxslərin əlinə keçməsinin qarşısını alacaq”. 

Əziz vətəndaşlar, bu kimi hallarla rastlaşan zaman, dərhal Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə, həmçinin sosial şəbəkələrdə polis Azərbaycan rəsmi səhifələrinə məlumat verə bilərsiniz.

Leyla Səməndər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Yanvar 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri