Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Bakıda 28 istiqamətdə sıxlıq var

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Diqqət! Mənzil bazarında yeni dələduzluq ev almazdan öncə...

Diqqət! Mənzil bazarında yeni dələduzluq ev almazdan öncə...

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Alqı-satqı mümkün qədər bank mexanizmləri vasitəsilə aparılmalıdır

Qonşu Rusiyada əmlak alqı-satqısı sahəsində ortaya çıxan son hadisə region ölkələri, o cümlədən Azərbaycan üçün də ciddi xəbərdarlıq xarakteri daşıyır. Tanınmış müğənni Larisa Dolinanın ətrafında baş verən qalmaqallı iş göstərdi ki, təkcə satıcının deyil, alıcının da “təmiz” olması əmlakın təhlükəsiz şəkildə əldə edilməsi üçün yetərli deyil. Hüquqi mexanizmlər düzgün işləmədikdə və ya boşluqlar olduqda, nəticədə ən çox zərər görən tərəf məhz alıcı olur.

Hadisənin mahiyyəti belədir: Larisa Dolina mənzilini Polina Lurye adlı şəxsə satıb, rəsmi sənədləşmə aparılıb və alıcı 112 milyon rublu satıcıya ödəyib. Daha sonra Dolina məhkəməyə müraciət edərək bildirib ki, o, vasitəçi kimi çıxış edən fırıldaqçılar tərəfindən aldadılıb və mənzilin satışı onun real iradəsini əks etdirməyib. Məhkəmə bu arqumenti əsaslı sayaraq əmlakı yenidən müğənninin adına qaytarıb. Lakin paradoks ondadır ki, alıcının ödədiyi vəsait geri qaytarılmayıb. Beləliklə, Polina Lurye həm mənzildən, həm də külli miqdarda puldan məhrum olub.

Məhkəmənin məntiqinə görə, Dolina özü də zərərçəkəndir və alıcı pulunu birbaşa onu aldadan cinayətkarlardan tələb etməlidir. Bu isə faktiki olaraq alıcını çıxılmaz vəziyyətdə qoyur. Çünki real pul vəsaiti məhz satıcının hesabına daxil olub, fırıldaqçılar isə çox vaxt izsiz-tozsuz yoxa çıxır. Dolina sonradan pulu könüllü şəkildə, hissə-hissə qaytaracağını desə də, bunun hüquqi öhdəlik deyil, yalnız şəxsi vəd olduğu açıqlanıb. İş artıq Rusiya Ali Məhkəməsinə daşınıb və dekabrın 16-da yekun qərar gözlənilir.

Bu presedent Azərbaycan üçün də son dərəcə aktualdır. Ölkəmizdə hələ də bir mənzilin bir neçə şəxsə satılması, etibarnamə ilə aparılan şübhəli əməliyyatlar, tikinti şirkətlərinin eyni mənzili müxtəlif alıcılara “rezerv” etməsi kimi hallar mövcuddur. Xüsusilə ilkin bazarda - yeni tikililərdə alıcılar çox zaman yalnız şirkətin reputasiyasına və ya “tanış vasitəçi”nin sözünə güvənirlər. Halbuki məhz bu etinasızlıq sonradan illərlə davam edən məhkəmə çəkişmələrinə yol açır.

Azərbaycanda da nəzəri olaraq Rusiyadakı Dolina presedentinə bənzər vəziyyət yarana bilər. Məsələn, satıcı sonradan iddia edə bilər ki, müqaviləni təzyiq altında imzalayıb, aldadılıb və ya psixoloji təsirə məruz qalıb. Əgər məhkəmə bu iddiaları əsaslı saysa, alqı-satqı etibarsız hesab edilə bilər. Belə olan halda alıcının ödədiyi vəsaitin qaytarılması ayrıca problemə çevrilir və proses illərlə uzana bilər.

Vasitəçilərə kor-koranə etibar etmək ən böyük risklərdən biridir. Azərbaycanda daşınmaz əmlak bazarında qeyri-rəsmi maklerlərin fəaliyyəti hələ də geniş yayılıb. Bir çox hallarda bu şəxslər nə hüquqi məsuliyyət daşıyır, nə də sonradan tapılır. Müqavilədə vasitəçinin rolu, məsuliyyəti və öhdəlikləri dəqiq göstərilmədikdə, bütün risk alıcının üzərində qalır.

Bu riskləri minimuma endirmək üçün alıcılar bir neçə vacib məqama mütləq diqqət yetirməlidir. İlk növbədə, alqı-satqı yalnız notariat qaydasında deyil, mümkün qədər bank mexanizmləri vasitəsilə aparılmalıdır. Pulun birbaşa satıcıya verilməsi əvəzinə, depozit və ya akkreditiv mexanizmlərdən istifadə edilməsi daha təhlükəsizdir. Bu halda mübahisə yaranarsa, vəsaitin kimə və hansı əsasla ödənildiyi açıq şəkildə sübut olunur.

Nəhayət, hər bir alqı-satqı əməliyyatından öncə müstəqil hüquqşünasın rəyinin alınması artıq lüks deyil, zərurətə çevrilib.

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycanda da Rusiyadakına bənzər hadisələr olur. Onun sözlərinə görə, hazırda buna bənzər hadisə ilə bağlı Ali Məhkəməyə müraciət edib: “Larisa Dolinanın evi ilə bağlı məsələdən xəbərdaram. Hesab edirəm ki, Rusiya məhkəməsi düzgün qərar verməyib. Mən Rusiya qanunvericiliyini kifayət qədər yaxşı bilirəm. Vicdanlı alıcı anlayışı var. Yəni kimsə hansısa bir əmlakı alırsa və bu zaman fikirləşir ki, onu satan əmlakın mülkiyyətçisidir, heç bir aldatma və qanun pozuntusu yoxdur. Belə olan halda qanun alıcının tərəfində olmalı idi. Şəxs baxıb ki, daşınmaz əmlakın dövlət reyestrində Dolina əmlakın mülkiyyətçisidir, o, notariusa gəlib müqavilə bağlayıb, pul ona ödənilib. Əgər kimsə gəlib pulu onun əlindən dələduzluq yolu ilə alıbsa, alıcının burada günahlı nədir? Dolina sübut etməlidir ki, alıcı onu aldadanlarla əlbirdir. Lakin belə bir sübut yoxdur. Belə olan halda məhkəmə vicdanlı alıcı anlayışına əsaslanıb Polina Luryeni müdafiə etməli idi. Bu halda isə məhkəmə alıcının haqlarını pozub. Böyük ehtimal ki, burada Dolinanın tanınmış müğənni olması və ya təzyiqdən istifadə etməsi rol oynayıb. Təəssüf ki, Azərbaycanda da belə hadisələr olur. Mən hazırda buna bənzər məhkəmə işini aparıram. Deməli, bir vətəndaş digər vətəndaşın mənzilini alıb, satıcı qadın, alıcı isə kişidir. Mənzili təklif edən həmin qadının oğlu olub və mənzil bazar qiymətindən aşağı məbləğə satılıb. Alıcıya həmin oğlan deyib ki, təcili pul lazımdır. Beləliklə, bu kişi mənzili alıb. Lakin onlar kişidən xahiş ediblər ki, bir neçə ay vaxt versin ki, onlar yeni mənzil tapıb çıxsınlar. Bu bir neçə ay ərzində kişiyə kirayə haqqı ödəyəcəklərini də deyiblər. Vətəndaş da razılaşıb. Bir neçə ay kişiyə kirayə haqqı ödənilib. Lakin kişi artıq yeni mənzilinə yerləşmək istədiyini və oğlangilin artıq oradan çıxmalı olduğunu bildirəndə onlar çıxmaq niyyətində olmadıqlarını deyiblər. Kişi məcbur qalıb, onları məhkəməyə verib. Beləliklə, birinci instansiya məhkəməsini və apelyasiya məhkəməsini udub.  Ali Məhkəmə isə işi geri qaytarıb və apelyasiya məhkəməsi növbəti dəfə baxanda alıcının əleyhinə qərar çıxarıb. Bildirib ki, bağlanan alqı-satqı müqaviləsi etibarsızdır. Guya ki, mənzili alanın atası mənzili satanın atasına faizlə pul borc verib və bu da alqı-satqı olmayıb, mənzilin girov müqaviləsi sayılıb. Hətta deyiblər ki, ödənilən kirayə haqqı da borcun faizi olub. Ortalıqda isə heç bir sübut yoxdur. Bununla bağlı Ali Məhkəməyə şikayət vermişik. İndi də məlum olur ki, həmin o mənzili satanın oğlunun barəsində Nərimanov Rayon Polis İdarəsi tərəfindən dələduzluq ittihamı ilə cinayət işi açılıb. Sən demə, bir neçə şəxslə belə şeylər ediblər. Onlar mənzili təcili və aşağı qiymətə satırlar, sonra gedib məhkəməyə müraciət edirlər ki, burada faizə borc verilib, əslində satmamışam.  

Ali Məhkəmə bizim şikayəti təmin etməsə, ev yiyəsi olan oğlan gərək alıcının “borc kimi almışam” dediyi pulunu qaytarsın, lakin onu da nə zaman qaytaracağı bəlli deyil. Borc içində üzürlər, evin pulunu isə xərcləyiblər. Beləliklə, onların mənzili əllərində qalır, alıcının isə pulu arada itir. Dediyimiz kimi, hazırda Azərbaycanda cinayətkar sxemlər ev alqı-satqısında aktiv fəaliyyət göstərirlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see755

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see596

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see311

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see307

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see299

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see298

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see298

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see276

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see261

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see259

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see257

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see252

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see251

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see250

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see247

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see233

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see229

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see223

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see221

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri