Icma.az
close
up
RU
Diqqət sərhəddə: Erməni ordusu Əskipara üçbucağı ndan çıxsa...

Diqqət sərhəddə: Erməni ordusu Əskipara üçbucağı ndan çıxsa...

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Tavuşda yeni birtərəfli güzəştlər gözlənilir. Sərhədin demarkasiyası bəhanəsi ilə bu dəfə Kirants-Voskepar (Günən-Əskipara) bölgəsindəki ərazilərin verilməsi planlaşdırılır. Kirants sakini Andranik Nazaryan bizə bildirdi ki, söhbət son dərəcə strateji əhəmiyyətə malik “Əskipara üçbucağı” adlanan ərazidən gedir”. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazıb. 

Nazaryanın sözlərinə görə, həmin torpaqlar Azərbaycana verilərsə, bir neçə obyekt, o cümlədən qaz kəməri və yol da qarşı tərəfin nəzarətinə keçəcək.

“Ötən il “Vətən uğrunda Tavuş” hərəkatı zamanı fəallıq göstərən yerli sakinlər hələ də qərarlıdır. Onlar əllərini yanlarına salıb oturmağa hazırlaşmırlar, küçələrə çıxıb mübarizə aparmağı planlaşdırırlar.

Lakin onların bizə dediyi kimi, liderlik problemi var. İnsanlar nəyin bahasına olursa-olsun torpaqlarını qoruyub saxlamaq istəyirlər.  Amma təkbaşına repressiv dövlət aparatının qarşısında aciz olduqlarına inanırlar. Onlara güclü, ağıllı və dönməz lider lazımdır”, - deyə “Hraparak” nəşri yazır.Qeyd edək ki, Günən və Əskipara kəndləri arasındakı “üçbucaq” adlandırılan ərazi Ermənistan qoşunlarının işğalı altındadır. 

Ötən il Qazax rayonunun işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılmasından sonra şərti sərhədin 12,7 kilometrlik hissəsi delimitasiya və demarkasiya olunub. 

Lakin razılaşdırılmış sərhəd xəttindən şimal-qərb istiqamətində Əskipara və Günən kəndləri ərazisində yerləşən, şərti olaraq “üçbucaq” adlandırılan ərazi hələ Ermənistanın işğalı altındadır. 

Əgər Ermənistan ordusu Əskipara “üçbucağı”ndan çıxsa, delimitasiya olunmuş sərhəd xəttinin uzunluğu arta bilər. Ancaq Ermənistan Günən və Əskipara arsında nəqliyyatın hərəkətini təmin edən yolla bağlı məsələni həll etməlidir.

Bundan başqa, işğal dövründə ermənilər qanunsuz olaraq, həmin ərazilərdəki torpaq sahələrini əkin sahəsi kimi istifadə edib və evlər tikib. Nəticədə, Əskipara kəndi həmin istiqamətdə genişlənib.
Ona görə də ermənilər işğal altındakı torpaqları öz əraziləri adlandırır. Bu zaman onlar SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının tərtib etdiyi topoqrafik xəritələrə istinad etmir.

Xatırladaq ki, Ermənistan 1976-cı ilin xəritələrinin əsas götürülməsini təklif edir. Lakin ermənilər bir çox hallarda SSRİ dövründə qanunsuz tərtib edilmiş və “Torpaqdan istifadə xəritələri”ni sübut kimi təqdim edir.

Halbuki, həmin xəritələr hər hansı hüquqi qüvvəyə malik deyil və Ermənistan kolxoz və sovxoz təsərrüfatlarının müvəqqəti olaraq Azərbaycan torpaqlarından istifadəsini əks etdirir. 

Ona görə də Qazax-Tavuş istiqamətində Ermənistanın yalnız üç anklav kəndi deyil, daha çox əraziləri qaytarmalı olacağını demək olar. 

İkincisi, Sovet dövrü yalnız 1976-cı ili, sonrakı dövrü əhatə etmir. 1920-ci ildən sonra Qazax qəzasının, sonra isə Qazax rayonunun minlərlə hektar torpaq sahələri qanunsuz olaraq Ermənistana bağışlanıb. Delimitasiya prosesində həmin ərazilərin qaytarılması məsələsi gündəmə gələ bilər.

Lakin “Hraparak”ın yazdığı məqalədən aydın olur ki, “Əskipara üçbucağı”nda sərhədlərin delimitasiyası ilə bağlı  razılaşmanın ötən il olduğu kimi, Nikol Paşinyan hakimiyyətinə qarşı növbəti dəfə etiraz aksiyalarına səbəb olacağı istisna edilmir. 

2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlaşan Paşinyan üçün bu baxımdan, güzəştlərə getmək o qədər də asan olmayacaq. Eyni zamanda, narazı kütlənin lidersiz qalması Paşinyanın “əlini gücləndirən” amil kimi çıxış edir. 

Etirazçıların lidersiz qalması barədə qeyd edilənlər ötən il “Vətən naminə Tavuş” hərəkatına və aksiyalara rəhbərlik etmiş arxiyepiskop Baqrat Qalstanyana artıq əhali arasında ümid qalmadığını göstərir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Yanvar 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri