DİQQƏT! Soyuq hava ilə bağı ürək xəstələrinə xəbərdarlıq edildi
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Külək və ya soyuqdan ürək damarlarında daralma ola biləcəyini ifadə edən həkim Merih Qutlu, "Bu, normal insanlara təsir etməsə də, ürək xəstələri üçün əlavə risk yarada bilər. Buna diqqət etmələrini tövsiyə edirik"-deyə, bildirib.
Turkustan.az xəbər verir ki, ürək xəstəlikləri dünyada və ölkəmizdə ölümlərin əsas səbəbləri sırasındadır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə hər il dünyada təxminən 18 milyon insan ürək xəstəliyindən həyatını itirir. Təəssüf ki, bu rəqəm hər keçən gün artmaqdadır. Bu günlər xüsusilə ürək xəstələri üçün daha risklidir.
Temperatur aşağı düşdükcə bədənin istilik tarazlığını qorumaq üçün bəzi tənzimləmə mexanizmlərinin işə düşdüyünü açıqlayan Qutlu, "Bunlardan ən əhəmiyyətlisi dərinin qan dövranıdır. Dərinin qan dövranı soyuq havada daralaraq bədənin istiliyini saxlamağa çalışır"-deyə, vurğulayıb.
"Bu da ürək döyüntüsünü və qan təzyiqini artıra bilər. Təbii ki, ürək döyüntüsünün artması və təzyiqin artması sağlam insanlara heç bir təsir göstərməsə də, ürək xəstələrinə mənfi təsir göstərə bilər. Soyuqdəymə də ürək damarlarının daralmasına, nəticədə koronar arteriya xəstəliyi olan xəstələrdə, yəni ürək damarlarının tıxanmasına səbəb ola bilər. Bu daralmanı daha da artıra bilər ki, bu da xəstələrdə döş qəfəsi kimi şikayətlərə səbəb ola bilər".
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 24 Fevral 2025 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















