DİQQƏT: Taksi qiymətləri artacaq SƏBƏB BUDUR KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Bayram və tətillər zamanı ictimai nəqliyyatda müşahidə olunan sıxlıq fonunda taksi xidmətlərinə olan tələbat da əhəmiyyətli dərəcədə artır. İnsanların istirahət və ziyarət planları, eləcə də ictimai nəqliyyatın məhdud fəaliyyəti bu dönəmdə taksilərin əsas hərəkət vasitəsinə çevrilməsinə səbəb olur.
Bəs artan tələbat nəqliyyat sisteminə necə təsir edir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, bayram günlərində ictimai nəqliyyatdan daha çox taksilərə üz tutan vətəndaşların sayı çoxalır:
Yasin Mustafayev
“Vətəndaşlar bayram günlərində taksilərə üz tuturlar. Belə vaxtlarda adətən taksilərə tələb çoxalır, sürücülər isə işlərini çatdıra bilmirlər. Bu da normal haldır. Necə ki, yağış birdən-birə çox yağanda selə çevrilir, eləcə də taksiyə ehtiyac bir anda artanda qıtlıq yaranır. Bu, başa düşüləndir,” – deyə ekspert qeyd edib.
Yasin Mustafayevin sözlərinə görə, bayram günlərində tələbatın artması həm qiymətlərin qalxmasına, həm də sifarişlərin gec qəbul olunmasına səbəb olur. Bu isə ümumi nəqliyyat sistemində müvəqqəti yüklənmə yaradır.
Müşviq Tofiqoğlu
KONKRET.az
Baxış sayı:94
Bu xəbər 08 Noyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















