Diqqət! Yeni pandemiya gəlir: hamı yoluxacaq
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun yeni pandemiya xəbərdarlığı gündəm olub. Lakin maraqlıdır ki, artıq bu cür fikirlər əvvəlki kimi həyəcan yaratmır. Səbəb isə demək olar, hər ay dünyada pandemiyaya bənzər prosesin yaşanmasıdır.
Mənşəyi bilinməyən viruslar, xəstəliklər barədə mütəxəssislər nə deyir?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, qarşıda bizi sağlamlığımızı təhdid edən qrip pandemiyası gözləyir:
“Bütün mutasiyaya uğramış viruslar yenidən peyda olur. Məsələn, qrip hər il yeni formada yaranır. Proqnozlara görə, nə vaxtsa ispan qripi formasında ağır virus ortaya çıxacaq və yüksək yoluxucu gücə malik olacaq. Həmin zaman yoluxma indeksinin intensivliyinə görə bu, koronavirusdakı kimi tezliklə Yer kürəsinə yayılacaq. Xəstəliyin bir yoxsa 10 il sonra olacağı bilinmir. Lakin mütləq baş verəcək”.
Adil Qeybulla
Professor bildirib ki, indi virus əsridir:
“İnsanların sayı artır, sıxlıq çoxalır və yoluxma potensialı yüksəlir. Bu baxımdan daim mutasiyaya uğramış virusların nə vaxtsa pandemiya yaratmaq şansı var”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 08 Aprel 2025 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















