Icma.az
close
up
RU
Diqqətlər Elvinlə Zubirdə Axşamkı oyunda bunu edə bilsələr...

Diqqətlər Elvinlə Zubirdə Axşamkı oyunda bunu edə bilsələr...

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.
Hər kəs bu qarşılaşmanı böyük həyəcanla gözləyir. Qarşımızda İngiltərənin köklü klublarından biri olsa da, çoxluq “Qarabağ”ın qələbəsinə inanır. Yəni ən azından bunu arzulayır.
 

Əslində “Qarabağ”ın bu mərhələyə gəlib çıxması böyük uğur yox, möcüzədir. Bu mənada komandamıza daha çox təzyiq etməyin mənası yoxdur. Nə olacaqsa olsun...


Onsuz da Ağdam təmsilçiləri Avropanın TOP-24 komandasından biri olduğunu sübut etdi. Ona görə də hər birimiz bu görüşdən qələbə gözləyirik. Amma iştah diş altındadı. Komandamız bu mərhələni adlasa, hər kəs final oynamaqdan bəhs edəcək. Necə ki, hər kəs hər gün qeyd edir ki, “Qarabağ” qalib gəlsə, 1/8 finalda İngiltərənin "Çelsi" və ya İspaniyanın "Barselona" klublarından biri ilə qarşılaşacaq.
Bəs, “Qarabağ” arzuladığımız qədər güclüdürmü?
Bəri başdan deyək ki, xeyr!  Qurban Qurbanov gözəl bir komanda formalaşdırıb. Amma “Qarabağ” “Çelsi”, “Barselona” kimi nəhəng komandalardan yox, heç “Nyukasl” kimi böyük komandalardan deyil.
 

Nəhəng komanda olmaqdan danışmaq tezdir. Amma “Qarabağ” böyük komanda olmaq üçün hələ çox şey etməlidir. Ən birincisi heyətini gücləndirməlidir. Bu bu gün Qurban Qurbanov çətinliklə optimal 11-lik formalaşdırır.


Orta sahədə rəqabət güclü olsa belə, hücumda və müdafiədə vəziyyət heç də arzuolunan deyil. Bu sahədə rəqabətədavamlı oyunçu yoxdur. Komandanın cəmi 3 qapıçısı olması da dediklərimizə sübutdur.
Böyük komanda olmaq üçün Qurban Qurbanovun ən azı 24 keyfiyyətli oyunçusu olmalıdır ki, istədiyi rotasiyanı edə bilsin. Çox təəssüf ki, komandamızın əsas heyətində cəmi 24 oyunçu var.
Halbuki, “Nyukasl”da belə oyunçuların sayı 45-dir. Bax, böyük komanda olmağın ilk şərti budur.
Təsadüfi deyil ki, Qurban Qurbanov ötən həftənin sonunda “İmişli” ilə görüşdən sonra komandanın “Nyukasl”la qarşı yaxşı hazırlaşmadığını etiraf etdi. Bu da oyunçu çatışmazlığı ilə bağlıdır. Çünki ölkə çempionluğunda “Sabah” diletantlıq edir.
 

Ağdam təmsilçiləri çempionluq yarışında hazırda bu komandadan 4 xal geri qalır. Son turda Qurban Qurbanovun yetirmələri “İmişli”yə çətinliklə qalib gəlmişdi. Bu qarşılaşmanın özü göstərdi ki, “Qarabağ”da ciddi problemlər var.


Hər kəs gözləyirdi ki, Çempionlar Liqasındakı uğurlu çıxışdan sonra komanda 5-6 səviyyəli oyunçu transfer edəcək.
Amma gözləntilər suya düşdü.
Komanda rəhbərliyi hazırki heyətlə yola davam etmək istədi.
Bu günlərdə komandanın prezidenti efirdən “Neftçi” ilə ölkə çempionat oyunun təxirə salınmasını istədi. Uzun çək-çevirdən sonra “Neftçi” qarşılaşmanın təxirə salınmasına razılaşdı.
Bunun ardınca Qurban Qurbanov “İmişli” ilə qarşılaşma üçün Quba səfərini uzun və yorucu adlandırdı.
 

Bu da o deməkdir ki, “Qarabağ” böyümək istəmir. Böyümək istəməyən komanda isə böyük iddialarda ola bilməz. Nə də xahişlərlə uzağa getmək mümkündür.  Ona görə də bu gün “Qababağ” doğma meydanda ingilislərdən xal alması möcüzə kimi görünür.


Nəzərə alaq ki, komandamızın ideal saydığımız ilk 11-liyində də kifayət qədər problemlər var. Oyunçularımız topla davranışda tez-tez səhvlərə yol verir. İstər ötürmələr, istərsə də topun qəbulu zamanı çox səhvə yol verilir.
“Nyukasl” kimi komandaya qalib gəlmək istəyirsənsə, ən xırda səhvə belə yol verməməlisən. Çünki ingilislərin dünya səviyyəli oyunçuları rəqibin ən xırda səhvindən yararlanaraq oyunu öz xeyirlərinə çevirə bilirlər.
Bu oyunda edilə biləcək dəyişikliklər də vacib amildir.
 

Yada salaq ki, “Ayaks”la qarşılaşmada biz tələsik edilən əvəzetmənin acı nəticəsini dadmışıq. 56-cı dəqiqəyə qədər komandamız 2:1 hesabı ilə öndə idi və heyət meydanda çox yaxşı döyüşürdü. Amma nə oldusa Qurban Qurbanov əvəzetmələrə getdi.


Nəticədə əvəzetmələrdən sonra qapımızda 3 qol gördük. Oyuna sonradan daxil olan Nəriman Axundzadənin topla qeyri-peşəkar davranışı yəqin ki, hafizələrdən uzun müddət silinməyəcək.
Ona görə də bu oyunda uğurlu nəticə üçün komandamız daha diqqətli oynamalıdır.
Nəzərə alaq ki, “Qarabağ”ın gücü mərkəz oyunçulardadır.
Əgər “Liverpul”la oyundakı kimi mərkəzdə komandamızın oyunçuları bloklansa o zaman məğlubiyyət qaçılmaz olacaq. Bunun üçün də müdafiədə diqqətli olmalı, topu daha çox saxlamalı və imkan düşdükcə hücuma çıxmaq lazımdır.
 

Ən başlıcası komandamızın sol cinahı rəqib üçün daha asan keçilən mövqedir. Elvin və Zubir hücumda nə qədər effektivdirlərsə, müdafiədə bir o qədər zəifdirlər. Məğlub olduğumuz son 4 oyunda zərbəni əsasən bu mövqedən almışıq.


Bir sözlə, bu gün bizi çox maraqlı və gərgin qarşılaşma gözləyir. Könül istər ki, 90 dəqiqənin sonunda sevinən tərəf “Qarabağ” olsun. Lakin məğlub olsaq da, bu hələ dünyanın sonu deyil.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Matçı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edəcək.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Fevral 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri