Icma.az
close
up
RU
DİQQƏTLİ OLUN! “Kontakt Home” müştəriləri belə aldadır Detallar

DİQQƏTLİ OLUN! “Kontakt Home” müştəriləri belə aldadır Detallar

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Kontakt Home” mağazalar şəbəkəsinin daha bir müştərisi aldadıldığını iddia edir. Günel Mustafayeva adlı vətəndaş Feysbukda başına gələn hadisəni ictimailəşdirib.

Tribunainfo.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, 7 iyul 2024-cü ildə “Kontakt Home”un Dəniz Mall filialından Lenovo Ideapad 3 model noutbuk alıb. Satışdan sonra ona cihazın FreeDOS – yəni əməliyyat sistemi olmayan vəziyyətdə olduğu bildirilib. Əməkdaşlar yalnız onların yazdığı Windows-un “rəsmi və təhlükəsiz” olduğunu qeyd ediblər. Bu səbəbdən Günel Mustafayeva əlavə olaraq 319.99 manat ödəyərək Windows 11 Home sisteminin yüklənməsinə razılıq verib.

Lakin yaxın zamanda noutbuka texniki baxış keçirən müştəri, sistemin əvvəldən zavoddan Windows 11 Home OEM lisenziyası ilə aktivləşdirildiyini aşkarlayıb. Kompüterdəki lisenziyanın “activated with a digital license” statusunda olması və Product ID-nin “AAOEM” ilə bitməsi sistemin artıq qurulmuş və rəsmi Windows ilə gəldiyini sübut edir.

“Sadəcə sistemi silib, yenidən yazaraq mənə təkrar satıblar. Mən bu texniki detalları bilmədiyim üçün onların dediyinə inandım. İndi isə məsuliyyəti üzərimə atıb deyirlər ki, razılıq verdiniz, artıq keçib, pul qaytarılmır”, – deyə şikayətçi bildirib.

Günel Mustafayeva bildirir ki, əgər doğrudan da kompüter FreeDOS olubsa və ona yeni Windows Retail açarı yüklənibsə, bunu rəsmi sənədlə sübut etməyə hazırdır. Lakin əks halda, artıq olan sistemə görə vətəndaşdan bir daha ödəniş alınması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 İyun 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri