Icma.az
close
up
RU
DİQQƏTLİ OLUN: uşaqda bu əlamətlərdən hansısa varsa...

DİQQƏTLİ OLUN: uşaqda bu əlamətlərdən hansısa varsa...

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Minimal beyin disfunksiyası diaqnozu rast gəlinən uşaqlarda oyanıqlığın artması, emosional qeyri-labillik, zəif nəzərə çarpan sensomotor və nitq pozğunluqları, qavramanın pozğunluğu, diqqətsizlik, davranışdakı çətinliklər, təcrübi vərdişlərin formalaşmasının çatışmazlığı və intellektual fəaliyyətin seçici defisiti əlamətləri ilə müşayiət olunan simptomlar göstərilir.

Bu vəziyyətlər mərkəzi sinir sisteminin perinatal zədələnməsi, yarımçıq doğulma, erkən yaşda kəllə-beyin travması və neyroinfeksiya ilə əlaqədar beynin yüngül ocaqlı zədələnməsindən meydana çıxan simptomo komplekslərdir.

Uşaqlarda beynin funksional sisteminin inkişaf tempində ləngimə müşahidə olunur. Ümumi intellektual inkişaf norma və subnorma həddində olur, lakin uşaqların məktəbdə oxuması və sosial adaptasiyasında çətinliklər yaranır.
Bu diaqnozu necə təyin etmək olar?

- Uşaqların erkən psixo-motor inkişafı yaşa görə geri qalır; gec oturur, gec yeriyir, gec danışır.

- Uşaq çox hərəkətlidir, hövsələsiz, diqqətsiz, tələskən, impulsivdir və ya əksinə, çox sakitdir, az hərəkətli, tez yorulandır.

- Belə uşaqlarda qamət pozğunluğu, əyri-pəncəlik, görmə zəifliyi, başağrıları, kəkələmə, enurez, kiçik motorikanın geriliyi (düymə bağlamaqda, ayaqqabı geyinməkdə, qayçıdan istifadə etməkdə çətinlik çəkirlər) və s. olur.

Minimal beyin disfunksiyası baş beynin erkən, lokal zədələnməsi kimi qiymətləndirilir, həmçinin, disontogenezin xüsusi forması olub, ali psixi funksiyaların ayrı-ayrı hissələrinin yaşa görə formalaşmasının ləngiməsi ilə xarakterizə olunur. Nəzərə almaq lazımdır ki, mürəkkəb funksional sistem kimi ali psixi funksiyalar beyin qabığının məhdud bir sahəsində və yaxud izolə olunmuş hüceyrə qrupunda lokalizə oluna bilməz. Əksinə, birgə fəaliyyət göstərən zonanı özündə birləşdirən mürəkkəb bir sistemdir. Ali psixi fəaliyyət tamamilə müxtəlif, bəzən beynin bir-birindən uzaq hissələrini əlaqələndirir.

Bir yaşdan üç yaşa qədər tez-tez oyanıqlığın artması, hərəki narahatlıq, yuxu və iştahanın pozğunluğu, çəki artımının ləngiməsi, psixo nitq və motor inkişafının ləngiməsi müşahidə olunur. Üç yaşda motor qeyri-dəqiqlik, diqqətsizlik, hərəki hiperaktivlik, impulsivlik, tərslik və neqativizm diqqəti cəlb edir. Bu yaşda uşaqlarda artıq enurez və enkoprezin ilk əlamətləri müşahidə olunur. Tez-tez immunitetin pozğunluğu, tez-tez xəstələnmə, yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri (tonzillit), dəri (ekustativ diatez, neyrodermit) və mədə-bağırsaq pozğunluqları (qastroduodenik, öd yollarının diskineziyası) müşahidə olunur.

Simptomların yaranması uşağın bağça (3 yaşa) və ya məktəb yaşına (6-7 yaşa) təsadüf edir. Bu qanunauyğunluq psixi və fiziki gərginliyin artması nəticəsində mərkəzi sinir sisteminin yeni tələbatlara uyğunlaşa bilməməsi ilə əlaqədardır. Minimal beyin disfunksiyasının kritik dövrü uşağın psixi nitq inkişafı dövrünə aiddir. Bu dövr 1-2 yaşı əhatə edir. Bu vaxt beyin qabığının nitq sahəsinin fəallaşması və nitq vərdişinin formalaşması aktivləşir. Əlverişsiz faktorların bu dövrdə təsiri nitq inkişafının ləngiməsinə səbəb olur. İkinci kritik dövr 3 yaşı əhatə edir. Bu dövrdə uşaqda fəal işlədilən söz ehtiyatı artır, frazalı nitq təkmilləşir, diqqət və yaddaş aktiv inkişaf edir. Psixi yükləmənin bu dövrdə artması davranışının tərslik, neqativizm, sözə baxmamaq şəklində pozulmasına, həmçinin, psixonitq inkişafdan qalmaya və nevrotik pozğunluqlara səbəb olur. Üçüncü kritik dövr 6-7 yaşı əhatə edir. Bu dövr yazılı nitqin inkişaf etdiyi dövrə təsadüf edir. Bu dövrdə uşaqlarda akademik vərdişlərin formalaşmasının pozğunluğu və davranış problemləri meydana çıxır və yüksək tezlikdə travmatizasiyaya səbəb olur. Psixoloji xarakterin çətinliyi vegetativ damar distoniyası şəklində psixosomatik pozğunluqla müşahidə olunur.

Müalicə nevropatoloq, psixoloq, loqoped, pediatr, ortoped və s. mütəxəssislərin nəzarəti ilə kompleks şəkildə aparılmalıdır. Belə uşaqlar hər gün eyni saatda yatmalı, eyni vaxtda oyanmalıdır. Televizor, kompüter qarşısında minimum vaxt keçirmək (sutkada 30 dəqiqəyə qədər), üzgüçülük, rəqs, gimnastika ilə məşğul olmaq, uşaqla taktil kantakt yaratmaq (masaj), lazım gəldikdə müvəffəqiyyətlərinə görə onu tərifləmək müsbət effekt verir. Kompleks yanaşmada pisixoloji-pedaqoji, psixo-terapevtik korreksiyadan əlavə, medikamentoz müalicə də  mühüm yer tutur. Simptomatik müalicədə nootroplar; beyin-qan dövranını yaxşılaşdıran, sakitləşdirən vasitələrdən istifadə olunur.

Əminə Mazanova,

“Narınc” Uşaq Psixologiya Mərkəzinin psixo-pedaqoqu

Aile.lent.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri