Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin yarımfinal oyunları keçirilib

“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin yarımfinal oyunları keçirilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Mayın 16-da Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində yarımfinal mərhələsinin oyunları keçirilib.

Bununla bağlı təşkil edilən mərasimdə turnirdə iştirak edən dövlət qurumlarının və şirkətlərin, eləcə də futbol ictimaiyyətinin nümayəndələri, QDF-in donor və tərəfdaşları, tanınmış idmançılar və media nümayəndələri iştirak ediblər.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək yarımfinal mərhələsinə vəsiqə qazanan komandaları təbrik edib, onlara çox vacib oyunda uğurlar arzulayıb.

İdarə Heyətinin sədri turnirdən əldə olunan vəsaitin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələrinə yönəldiləcəyini xatırladaraq, iştirakçı komandalara və donorlara nümayiş etdirdirdikləri sosial məsuliyyətə görə təşəkkürünü bildirib.

Sonra Rəhman Hacıyev “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin 2024/2025 mövsümünün finalçılarına - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) kapitanı Fərid Hüseynov, turnirin qalibi olmuş Dövlət Neft Şirkətinin (SOCAR) komandasının kapitanı Ramin İsmayılova Fond adından xüsusi hədiyyələr təqdim edib.

Eyni zamanda hazırkı mövsümün yarımfinalına yüksələn komandaların təmsil etdikləri şirkətlərin rəhbərləri - “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasov, “Bir Ecosystem” şirkətinin baş icraçı direktoru Fərid Hüseynov, “Azerconnect Group” şirkətinin baş direktorunun müavini Dövlət Dövlətov və “Unicapital İnvestisiya” şirkətinin baş direktoru Vüqar Namazov da xüsusi hədiyyələrlə təltif ediliblər. Yarımfinalçılara ötən il tanınmış almaniyalı rəssam İnqa Şmidtin rəhbərliyi ilə gənc Azərbaycan rəssamları üçün keçirilən master-klass çərçivəsində yaradılan və Qarabağa həsr edilən rəsm əsərləri hədiyyə olunub.

Təltifetmə mərasimindən sonra yarımfinal mərhələsinin oyunlarına start verilib. İlk olaraq meydana “Unicapital” və “Bir Ekosistemi” komandaları çıxıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn “Bir Ekosistemi” finala vəsiqə qazanıb.

“Azerconnect Group” – “Avrora Qrup” oyunu da gərgin rəqabət şəraitində keçib. Görüşün əsas hissəsi 3:3 hesablı bərabərliklə başa çatdığından qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq olan “Azerconnect Group” finala ikinci vəsiqəni təmin edib.

Beləliklə, turnirin 6 iyun tarixində keçiriləcək həlledici final oyununda “Bir Ekosistemi” və “Azerconnect Grup” komandaları üz-üzə gələcəklər. Eyni zamanda, digər iki yarımfinalçı bürünc medalları uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, “Tamstore” Marketlər Şəbəkəsinin baş sponsorluğu, “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilir.

Dövlət qurumlarının və ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkətlərin 40 komandasının iştirakı ilə start verilən turnirin keçirilməsində başlıca məqsəd Qarabağın bərpası prosesinə ictimai dəstəyin gücləndirilməsi, eyni zamanda insanlar arasında ianə mədəniyyətinin təşviq edilməsi və sağlam həyat tərzinin təbliğ olunmasıdır.

Məlumat üçün onu da bildirək ki, turnirin baş sponsoru və iştirak edən komandalar tərəfindən Qarabağ Dirçəliş Fonduna ümumilikdə 115.000 manat vəsait ianə edilib və bu vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 May 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see369

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see308

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see288

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see283

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see278

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see261

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see256

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see251

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see250

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see246

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see246

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see240

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see237

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see232

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see229

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see223

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see200

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri