Icma.az
close
up
RU
Direktor: Dilçilik İnstitutunda türkologiya ixtisasını seçənlərin sayı azalır

Direktor: Dilçilik İnstitutunda türkologiya ixtisasını seçənlərin sayı azalır

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Bu gün Azərbaycan dilində sözlərin yazılışı, tələffüzü ilə bağlı insanlar diskussiya aparır, nəyin düzgün, nəyin yanlış olduğunu müəyyən etməyə çalışırlar. Bu, yaxşı haldır, insanların ana dilinə marağını, sevgisini göstərir. Lakin Azərbaycan dili və türkologiya sahələrində alimlərin sayı azalır. Türkologiya sahəsində Qazaxıstan hazırda öndə gedən ölkələrdən biridir. Türkiyədə də bu sahə inkişaf edir, həmçinin Özbəkistanda və Qırğızıstanda da. Lakin Azərbaycanda olan vəziyyət gələcəkdə türkologiya üzrə mütəxəssis probleminin yaşanacağından xəbər verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli söyləyib. O bildirib ki, Dilçilik İnstitutunda doktorantura və dissertanturada türk dilləri, Azərbaycan dili ixtisaslarını seçənlərin sayı çox azdır: “Ona görə ki, türk dilləri, Azərbaycan dili ixtisaslarını seçənlər Dövlət İmtahan Mərkəzində ingilis dilindən imtahan verməlidirlər. Gələcəkdə dil tarixi ilə məşğul olana və yaxud gələcəyin türkoloquna ilkin mərhələdə doğrudanmı ingilis, yaxud alman dilindən imtahan vermək lazımdır? Bəlkə bu ixtisasları seçənlər üçün imtahan kimi Şərq dilləri müəyyən edilə. Minillik tariximizi ingilis dili vasitəsilə öyrənməyəcəyik axı. Həmin mənbələrin çoxu Şərq dillərindədir. Avropa dillərindən imtahan verə bilməyən şəxs artıq bizim institutun doktoranturasına qəbul ola bilmir, yaxud dissertanturaya gələ bilmir. Beləliklə də gələcəyin mütəxəssislərinin sayı azalır. Bu problemin nəticəsidir ki, müdafiələr əsasən dil nəzəriyyəsi üzrə keçirilir. Azərbaycan dili və ingilis dili tipoloji cəhətdən fərqli dillərdir. Dünya dillərinin öyrənilməsi yaxşı haldır. Dil nəzəriyyəçiləri Avropa dillərindən imtahan verə bilərlər. Lakin gələcəyin türkoloqlarına, dil tarixçilərinə bu tələbin qoyulması çətinlik yaradır. Nəticədə Azərbaycan dili, türkologiya sahələrinə bir nəfər gəlir, ya gəlmir”.
Direktor Nadir Məmmədli, eyni zamanda, qardaş Türkiyədən alimlərin Dilçilik İnstitutunda türkologiya ilə bağlı seminarlar keçirməyə hazır olduqlarını söyləyib.
“Ulu Öndər deyirdi ki, əvvəlcə öz dilini, sonra başqalarının dilini öyrən. Bu, böyük bir hikmətdir. Ümummilli Liderin dilimiz haqqında bu fikrini də xatırlamaq istərdim: “Xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
Deməyim odur ki, bu gün gənclərin doktoranturada, dissertanturada türkologiya, Azərbaycan dili ixtisaslarını, dil tarixini seçməməsi gələcəkdə öz təsirini göstərəcək”, - deyə professor Nadir Məmmədli fikrini yekunlaşdırıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Mart 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri