Direktor məktəbə silahlı hücumun qarşısını aldı ANBAAN GÖRÜNTÜLƏR
Modern.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-də məktəb direktoru silahlı şəxsi zərərsizləşdirərək şagirdləri xilas edib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Oklahoma ştatında orta məktəblərdən birində baş verə biləcək silahlı hücumun qarşısı vaxtında alınıb.
Belə ki, yayımlanan müşahidə kamerası görüntülərində məktəbin direktoru silahlı şəxsi zərərsizləşdirərək onun şagirdlərə atəş açmasının qarşısını alır.
Məlumata görə, məktəb direktoru Kirk Mur silahlı şəxsin ilk hədəfinə tuşlanmaq üzrə olduğu anda onun üzərinə atılaraq əlindəki silahı alıb.
Hadisəni törətməkdə şübhəli bilinən, məktəbin keçmiş şagirdi olan 20 yaşlı Viktor Hokins bildirib ki, o, “Kolumbayn məktəbindəki atıcılar kimi” hücum həyata keçirmək niyyətində olub.
Silahlı şəxsin saxlanılması zamanı direktor ayağından yaralanıb. Buna baxmayaraq, o, ən qısa zamanda işinə qayıtmaq istədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 15 Aprel 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















