Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? Açıqlama
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Goranboyda 2 saylı tam orta məktəbin işdən çıxarılan direktoru İlhamə Qasımovanın məktəbin əmlakına zərər vurması ilə bağlı iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Məktəb direktorunun vəzifədən azad edildikdən sonra məktəbin sanitar qovşağındakı avadanlıqları, əl-üzyuyanları sökərək öz evinə apardığı iddia olunur.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bununla əlaqədar araşdırma aparılıb: “Araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən ümumi təhsil müəssisəsində bəzi avadanlıqların zədələnməsi və ya yerində olmaması ilə bağlı məsələ mövcuddur.
Hazırda həmin avadanlıqların təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilməsi və problemin yeni tədris ilinin başlanmasına qədər aradan qaldırılması nəzərdə tutulur”.
Gülnar Əliyeva


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 03 Sentyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















