Direktor müavinin şagirdi və xadiməni döyməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lənkəran rayonunda şagird və xadiməyə zorakılıq edən direktor müavininin görüntüləri yayılıb.
Məlumata görə, hadisə M.Qarayev adına Zövlə kənd orta məktəbində baş verib.
Modern.az məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
Qurumun Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə bu ilin mart ayında baş verib.
Tərəflərin cari ilin mart ayının 14-də daxil olmuş müraciətləri əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılıb.
Qeyd edilib ki, faktla bağlı müvafiq ekspertizalar təyin edilib və digər prosessual hərəkətlər həyata keçirilib.
“Məhkəmə tibbi ekspertizasının rəyi, tərəflərin şikayət və tələbinin olmadığı nəzərə alınaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib”,- məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 24 Sentyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















