Icma.az
close
up
RU
Direktor müavinindən məktəblərdə valideyn qəbulu ilə bağlı TƏKLİF

Direktor müavinindən məktəblərdə valideyn qəbulu ilə bağlı TƏKLİF

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Türkiyədə yeni tədris ilindən valideynlərin məktəb rəhbərliyi və müəllimlərlə görüşlərinin əvvəlcədən elektron qaydada planlaşdırılması ilə bağlı “Məktəb Randevu Sistemi” tətbiq ediləcək. Bu yanaşmanın əsas məqsədi valideyni məktəbdən uzaqlaşdırmaq deyil, məktəbə giriş-çıxışı və valideynlərlə görüşləri müəyyən qaydaya salmaqdır".

Bu sözləri Redaktor.az-a açıqlamasında Bakı şəhəri Suraxanı rayonu V. Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini, məktəb idarəetməsi sahəsində 3 kitabın müəllifi və təlimçi, "Azərbaycan Təhsili" maarifləndirici sosial platformasının rəhbəri, təhsil eksperti Aqşin Kazımov bildirdi.

Onun fikirincə, Türkiyədəki yenilik Azərbaycanda da müzakirəyə çıxarılmalıdır:

"Çünki bu gün bir çox məktəbdə valideynin məktəbə nə vaxt və hansı məqsədlə daxil olması ilə bağlı vahid yanaşma yoxdur. Bəzən valideyn müəllimlə danışmaq üçün dərs vaxtı məktəbə gəlir, müəllimi dərsdən ayırmaq istəyir. Bəzən direktorun qəbuluna əvvəlcədən razılaşdırılmadan müraciət olunur. Digər tərəfdən, məktəb rəhbərliyi də gün ərzində hansı valideynin gələcəyini və hansı məsələ ilə bağlı müraciət edəcəyini əvvəlcədən bilməyə bilər. Bu, həm məktəbin idarə olunmasını çətinləşdirir, həm də müəllimin dərs prosesinə təsir göstərir. Məsələnin başqa tərəfi isə təhlükəsizlikdir. Məktəbə daxil olan şəxsin kimliyi və məktəbə gəlmə məqsədi bilinməlidir. Xüsusilə böyük məktəblərdə yüzlərlə, hətta minlərlə şagirdin olduğu nəzərə alınarsa, məktəbə giriş məsələsinin sadəcə mühafizəçinin nəzarətində saxlanılması kifayət qədər səmərəli model olmaya bilər. Buna görə Azərbaycanda da elektron valideyn qəbul sistemi yaradıla bilər.

Məsələn, valideyn elektron sistemə daxil olur və övladının məktəbini seçir. Sonra görüşmək istədiyi şəxsi – direktor, direktor müavini, sinif rəhbəri, fənn müəllimi, psixoloq və digər əməkdaşı seçir. Sistem ona uyğun boş vaxtları göstərir. Valideyn münasib vaxtı seçərək görüşə yazılır. Məktəb isə həmin gün kimin gələcəyini əvvəlcədən görür. Valideyn məktəbə çatdıqda şəxsiyyəti təsdiqlənir və giriş sistemdə qeyd olunur. Görüş başa çatdıqdan sonra çıxış da qeydə alına bilər. Bu sistemin daha bir üstünlüyü odur ki, valideynin müraciəti itib-batmaz. Məsələn, valideyn müəllimlə bağlı müraciət edibsə, həmin müraciətin tarixi və görüş vaxtı sistemdə görünür. Lazım gəldikdə məktəb rəhbərliyi də müraciətin necə həll edildiyini izləyə bilər. Lakin burada vacib bir məqam var: randevu sistemi valideyn üçün maneəyə çevrilməməlidir. Təcili məsələlər üçün ayrıca mexanizm olmalıdır. Şagirdin sağlamlığı, təhlükəsizliyi və digər təxirəsalınmaz hallarda valideynin əvvəlcədən görüş vaxtı gözləməsi düzgün olmaz".

Müsahibimiz vurğuladı ki, digər məsələ məktəbə gələn şəxslərlə bağlıdır:

"Şagirdin valideyni və ya qanuni nümayəndəsi olmayan şəxsin məktəbə daxil olması xüsusi əsas olmadan mümkün olmamalıdır. Məktəbə gələn hər bir kənar şəxsin kimliyi və gəlmə səbəbi müəyyən edilməlidir. Bu, yalnız təhlükəsizlik məsələsi deyil. Məktəb tədris müəssisəsidir və orada əsas proses dərsdir. Məktəbə nəzarətsiz giriş-çıxış həmin prosesə də təsir edə bilər. Məncə, Azərbaycanda bu sistemi bütün məktəblərə birdən tətbiq etməkdənsə, əvvəlcə müxtəlif məktəblərdə sınaqdan keçirmək daha düzgün olar. Məsələn, Bakıdan, iri şəhərlərdən və rayonlardan müəyyən sayda məktəb seçilərək bir tədris ili ərzində sistem tətbiq edilə bilər. Daha sonra valideynlərin, müəllimlərin və məktəb rəhbərlərinin rəyləri öyrənilərək çatışmazlıqlar aradan qaldırıla bilər. Əgər nəticə müsbət olarsa, sistem bütün ölkə üzrə tətbiq edilə bilər. Burada söhbət sadəcə yeni bir elektron platformanın yaradılmasından getmir. Əsas məsələ məktəbdə valideyn qəbulu, məktəbə giriş və təhlükəsizlik qaydalarının vahid şəkildə müəyyənləşdirilməsidir.

Valideyn məktəbə gəlməlidir. Müəllim valideynlə görüşməlidir. Məktəb rəhbərliyi valideynin müraciətini dinləməlidir. Amma bunların hamısı dərs prosesinə mane olmadan, məktəbin gündəlik fəaliyyətini pozmadan və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilməlidir. Azərbaycanda belə bir sistemin yaradılması texniki baxımdan mümkündür. Əsas məsələ bunun düzgün qurulması, valideyn üçün əlçatan, məktəb üçün idarəolunan və müəllim üçün rahat olmasıdır. Əslində, bu gün məktəblərimizdə belə bir sistemə ən çox ehtiyac duyulan məsələlərdən biri də budur: kim nə vaxt, hansı məsələ ilə bağlı məktəbə gəlir və bu müraciət necə həll olunur? Bu sualın elektron və şəffaf cavabı olarsa, həm məktəbin işi asanlaşar, həm də valideynin məktəblə münasibətində lazımsız gərginliklər azalır".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Avqust 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri