Icma.az
close
up
RU
Direktor şagirdi formaya görə cəzalandıra bilər?

Direktor şagirdi formaya görə cəzalandıra bilər?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nazirlər Kabinetinin qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələri üzrə vahid məktəbli geyimi tətbiq edilib. 

Belə ki, Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilib. Lakin buna baxmayaraq, elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda məktəblərdə şagirdlərin hər hansı bir forma geyinməsi ilə bağlı tələbin olmadığını söyləyib. 

Nazir bu barədə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə məlumat verib. 

Göründüyü kimi, Nazirlər Kabineti yeni məktəbli formaları ilə bağlı qərar versə də, elm və təhsil naziri şagirlərin forma geyinməsi üçün hansısa bir tələbin olmadığını bildirib:

"Məktəbli formasının mahiyyəti budur ki, hamı bərabər olsun. Hamı ev mühitini məktəbə daşımasın, kimsə varlı olmasına görə fərqlənməsin".

Nazirin sözlərinə görə, şagird bir məktəbdən digərinə köçürüləndə ona bir il güzəşt edilə bilər:

"Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin. Məktəb qərar verdikdən sonra valideynlərin ona uyğun forma seçilməsi məqsədəuyğundur. Ancaq heç kimin səlahiyyəti yoxdur ki, məcbur etsin ki, bu forma olmalıdır".

Belə olan halda məktəb rəhbərliyinin şagirdləri məhz formaya görə cəzalandırması mümkündür?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, məsələ Nazirlər Kabinetinin uyğun sərəncamına əsasən nizamlanır: 

"Məktəbli forması ilə bağlı xüsusi sərəncamın tətbiq olunması hər məktəbin pedoqoji şurasına tapşırılır. Pedoqoji şuralar müəyyən olunmuş 4 formadan birini seçə bilərlər. Əslində, şagirdin məktəbli forması olmadan dərsə gəlməsi "Şagird davranış qaydaları"nın pozulmasıdır. Buna görə də məktəb direktorunun şagirdə qarşı gördüyü tədbir məntiqə uyğundur”. 

Ekspert deyib ki, digər tərəfdən, şagird qoyulan qaydanı davamlı pozursa, o, qaydaları pozduğu üçün qırmızı kart ala bilər. 

Ləman İsmayıl 
"Cebheinfo.az

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri