Direktorun səsyazısı yayıldı: Nazirlik əməkdaşları məktəbə GETDİ
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səsyazısı yayılıb. Səsyazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.
Məlumata görə, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedoqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib.
Modern.az-ın məlumatına görə, bu gün Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub.
Rəsmi şəxslər pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.
Məsələ ilə bağlı araşdırma aparılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 03 Mart 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















