Icma.az
close
up
RU
Direktorun və şöbə müdirlərinin apellyasiya şikayətinə baxılacaq

Direktorun və şöbə müdirlərinin apellyasiya şikayətinə baxılacaq

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Bakı Apellyasiya Məhkəməsində Respublika Perinatal Mərkəzində baş vermiş və 7 yenidoğulmuş körpənin həyatına son qoyan faciəvi yanğınla bağlı məhkəmə iclası keçirilib.

Hurriyyet.Media xəbər verir ki, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən iclasda Respublika Perinatal Mərkəzinin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, eləcə də Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə işi baxışa qəbul edib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehriban Abasquliyeva 7 il 3 ay, Hamlet Mustafayev 5 il 8 ay, Elnur Əhmədli isə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs ediliblər.

Dövlət ittihamçısı məhkəmə istintaqı zamanı hər üç təqsirləndirilənin 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini, Mehriban Abasquliyevanın 8 il, Hamlet Mustafayev və Elnur Əhmədlinin isə 7 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

Qeyd edək ki, Respublika Perinatal Mərkəzində yanğın 2024-cü il yanvarın 9-da baş verib. Hadisədən sonra Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb və ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

İstintaqın qənaətinə görə, yanğın Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi 4-cü mərtəbədəki palatada baş verib. Faciə nəticəsində 7 yenidoğulmuş körpə həlak olub, 4 nəfər xəsarət alıb, müəssisəyə isə 361 min manat məbləğində maddi ziyan dəyib.

İstintaq materiallarında həmçinin qeyd olunub ki, Mehriban Abasquliyevanın direktor təyin olunduqdan sonra müəssisənin tibbi resurs və texniki imkanlarını nəzərə almadan xəstə qəbulunun sayını təxminən 2 dəfə artırması elektrik təsərrüfatının həddindən artıq yüklənməsinə, nəticədə isə yanğının baş verməsinə səbəb olan amillərdən biri kimi qiymətləndirilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdi.

Cinayət işi üzrə "Respublika Perinatal Mərkəzi", bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Növbəti məhkəmə iclası avqustun 18-nə təyin olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Avqust 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see482

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see466

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see391

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see384

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see360

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see353

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see344

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see343

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see340

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see318

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see292

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see289

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see263

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see239

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see235

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see232

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see212

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see198

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri