Icma.az
close
up
RU
Dırnaq boyalarının tərkibində olan 3 ziyanlı maddə...

Dırnaq boyalarının tərkibində olan 3 ziyanlı maddə...

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəlif marka və saysız sayda rəng çalarları vardır.

Lakin boyalardan uzun zaman istifadə etdikdən sonra, bir çox xanımlar dırnaqlarının  pisləşməsini müşahidə edirlər. Zamanla dırnaqlar zəif, rəngsiz və tez qırılmağa meyilli olurlar. Bəs, hər həftə istifadə etdiyimiz bu boyaların tərkib hissəsindən xəbərdarsınızmı?

Boya aldıqda çalışın onun tərkib hissəsi haqda məlumatı oxuyasınız. Yadda saxlayın, boyalarda ən təhlükəli maddələr - toluol, formaldeqid və ftalatlardır. Bunlar orqanizmdə toplanan və çıxarılması mümkün olmayan toksik maddələrdir.

Formaldeqidlər - boyaya kəskin spesifik qoxu verən maddələrdir ki, onları uzun zaman qoxladıqda baş ağrısı, ürəklə əlaqədi problemlər və sinir pozğunluqları yarana bilir. Bundan əlavə onlar dırnaqların həddən artıq qurudulmasına səbəb olub, nəticədə dırnaqları  zəif və tezsınan edir.

Toluol - bu maddə, boyanın tez qurumasını və dırnaqda yaxşı saxlanılmasını təmin edir. Lakin bu çox güclü konserogen maddədir. Həmçinin bir çox ucuz və keyfiyyətsiz boyaların tərkibində çox miqdarda spirt və aseton olur ki, onlar dırnaqların qurumasına səbəb olurlar.

Bu məqalədən belə nəticəyə gələ bilərsizni ki, boyalardan istifadə orqanizm üçün ziyandır. Təibi ki bu belədir, lakin, artıq satışda "toluolsuz" boyalar da vardır. Çalışın belə boyalardan istifadə edin və ən əsası isə zamanla dırnaqlarınıza istirahət verin. Müxtəlif qoruyucu və qidalandırıcı rəngsiz boyalar vardır ki, onlar  vitamin və minerallarla zəngin olub, dırnaqların profilaktik müalicısi üçün istifadə edilir.

Həmçinin dırnaqlarınız üçün müxtəlif  tərkibli  vannalar da çox xeyirlidir. Sizə bir neçə resept təqdim ediri:

Dəniz duzlu möhkəmləndirici vanna.

1 x/q dəniz duzu  və 1 stəkan ilıq suyu qarışdırıb, əllərinizi bu suda 10 dəqiqə saxladıqdan sonra, qurulayıb, qidalandırıcı krem sürtməniz məsləhət görülür.(dəniz duzu yoxdursa, adı xörək duzu da istifadə etmək olar)

Yağlı vanna.

1/2 stəkan bitki yağı və 1/2 alma sirkəsini qarışdırıb(yağı biraz qızdırmanız məsləhət görülür), 15 dəqiqə saxladıqda sonra salfet və ya yumuşaq dəsmalla qurulayın.

Vitaminli vanna.

1/4 stəkan günəbaxan yağı, 5-6 damcı A vitamini, 3 damcı yodu qarışdırın. Bu vanna da əlləri 20-25 dəqiqə saxlayın sonra eyni qaydada qurulayın. Belə vannanı həftədə 2 dəfə qəbul etdikdə, dırnaq və əl dərisi  lazımı vitamini alacaq.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri