Icma.az
close
up
RU
Diş implantını hamıya qoymaq olmaz Fəsadlar yaranır

Diş implantını hamıya qoymaq olmaz Fəsadlar yaranır

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Diş implantlarının təhlükəli olmadığını deyən həkim-stomatoloq Zəlimxan Məmmədli Sherg.az-a bildirdi ki, bu vaxta qədər diş implantı ilə bağlı mənfi hadisələrin baş verməsinə rast gəlməyib.

Həkim sözlərinə görə, diş implantının tərkibi təmiz titandır: “İnsan orqanizmi titana çox uyğundur. Titan orqanizm üçün tam harmonik bio-uyğunluq yaradır. Sadəcə olaraq diş implantaları zamanı müəyyən ağırlaşmalar ola bilər. Ağırlaşmaya səbəb isə xəstənin səhəti və həkimin qeyri-professional olmasından irəli gəlir. Məsələn, implant düzgün qoyulmadıqda, planlaşma işlərində qüsür olduqda bəzi problemlərın yaranması mümkündür. Xəstənin gigyenik normalara əməl etməməsi də ağırlaşmada rol oynayır”.

Z.Məmmədli vurğulayıb ki, diş implantından sonra xüsusi qulluq lazımdır: “İmplantdan sonra məsələ bitmiş deyil. Gərək gigiyenik qaydalara əməl edilsin, diş əti qorunsun və iltihab ocaqları yaranmasın. Xəstə pintidirsə və gigyenik qaydalara əməl etmirsə, deməli diş ətinin ətrafında infeksiyalaşma, sonra isə infeksiyanın implantla çənənin ətrafına keçməsi baş verə bilər. Bunlar müxtəlif səbəblərdən olan ağırlaşmalardır. Həkimin professionallığı, planlamanın düzgün aparılması və xəstənin gigiyenik qaydalara əməl etməsi olduqca vacibdir”.

Stomotoloq qeyd etdi ki, diş implantını hər bir xəstəyə etmək olmur: “Peşəkar həkim bədənə uyğun olaraq implantlar təklif edə bilər. Xəstə şəkərdirsə, çənədə sümüyün yeyilməsi problemi varsa diş implantı etmək olmaz. Çünki elə implantlar var ki, sümüyün yeyilməsi prosesini daha da sürətləndirə bilir. Bəzi implantlar isə sümüyün yeyilməsinin qarşısını alır. Ona görə də təcrübəli həkim yanaşması ilə xəstənin yuxarıda qeyd etdiyim tələblərə cavab vermə harmoniyası varsa, heç bir ağırlaşma ola bilməz.

Pasiyentin ümumsistem xəstəlikləri olarsa, əks göstəriş olan bir yerə implant qoyularsa ağırlaşmalar təbiidir. Peşəkar həkim isə ümumiyyətlə belə halların baş verməsinə imkan vermir. Ümumilikdə diş implantı stomotologiyanın uğurlarından biridir. Bu sahədə günü-gündən inkişaf baş verir”.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri