Icma.az
close
up
RU
Disleksiya ilə necə mübarizə aparmalı?

Disleksiya ilə necə mübarizə aparmalı?

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Disleksiya problemi indi insanlar tərəfindən geniş şəkildə tanınmasa da, ümumilikdə cəmiyyətdə yayılan mühüm problemdir. Dünya üzrə normal əhali ilə müqayisədə disleksiyanın yayılma faizinin 8-10% arasında olduğu bildirilir. 5-11 Oktyabr aralığı Ümumdünya Disleksiya Həftəsidir. Bu həftənin rəsmi rəmzi kimi firuzəyi rəng Birləşmiş Millətlər Təşkilatı ilə razılaşaraq bütün dünyada istifadə olunacaq disleksiya rəngi olaraq qəbul edilib.

Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq iki yerə ayrılır. Anadangəlmə disleksiya doğuş əvvəli, doğuş zamanı və doğuş sonrası fəsadlara bağlı olaraq üçə ayrılır. Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və yanlış dərman istifadəsi səbəb ola bilər.Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir. İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər..

Disleksiya anadangəlmə bir problem olduğu üçün uşaqlarda erkən yaşlarda özünü danışmada gecikmə

Yeni sözləri gec öyrənmə, hərəkət və koordinasiya pozuqluğu, istiqamət (sağ, sol, yuxarı, aşağı) və zaman (bu gün, sabah, əvvəl,sonra) anlayışlarında çətinliklər, danışarkən düzgün sözlərdən istifadə etməmək kimi əlamətlərlə göstərir.

Disleksiya insanların müəyyən dil bacarıqlarında, xüsusən də oxumaqda çətinlik çəkməsi ilə nəticələnən problemdir. Dəqiq səbəblər hələ bilinməsə də, bu problemi yaşayan insanlarda beynin inkişaf və fəaliyyətində fərqlər qeydə alınıb. Bu cür insanların nitq səslərini müəyyən etməkdə və ya hərflərin səsləri necə ifadə etdiyini öyrənməkdə çətinlik çəkdiyi hesab edilir. Bu problem də onların oxumaqda çətinlik çəkmələrinə səbəb olur. Yadda saxlamaq lazımdır ki, disleksiya zəka çatışmazlığından qaynaqlanmır. Müvafiq metodlarla bu cür insanlar asanlıqla öyrənə bilərlər.

Disleksiyanın təsiri hər bir insan üçün fərqlidir. Disleksiyanın dərəcəsindən, düzəlmə meylliliyindən, effektivlikdən çox şey asılıdır. Əsas çətinlik sözün tanınması, onu oxumaq, imla və yazı yazmaqla bağlıdır. Onlar özlərini aydın ifadə etməkdə və ya başqalarının nitqini başa düşməkdə çətinlik çəkə bilərlər. Bu cür dil problemləri məktəbdə, işdə və digər insanlarla münasibətlərdə böyük problemlər yarada bilər. Bununla belə, bir çox disleksiya problemi olan insanlar qrammatika, dərslik materialını başa düşmək və esse yazmaq kimi daha mürəkkəb dil bacarıqları ilə bağlı irəliləyiş əldə edə bilir.

Disleksiya ömür boyu davam edən bir vəziyyətdir. Müvafiq kömək və dəstək proqramları ilə bir çox insan yaxşı oxumağı və yazmağı öyrənə bilər. Bu şəxslərin xüsusi təlim keçmiş müəllim və ya terapevtin köməyinə ehtiyacı var. Çünki onların eyni vaxtda bir neçə hiss orqanını (eşitmə, görmə, toxunma) əhatə edən sistemli və aydın üsulla təhsil almaları vacibdir. Erkən diaqnostika və müalicə onların məktəbdə və həyatda uğur qazanmasına kömək edən açardır.

Disleksiyalı üzvü olan ailələr, habelə məktəb kollektivi bu uşaqların məktəbdə yaşadıqları öyrənmə problemlərinə qarşı diqqətli olmalıdırlar. Disleksiyanın yaratdığı əngəlləri tənbəllik və ya bacarıqsızlıq ilə əlaqələndirməzdən əvvəl mütəxəssis tərəfindən lazımi qiymətləndirmələr aparılmalıdır. Erkən müdaxilə uşağın yaşadığı öyrənmə problemini azaldacaq və onun məktəblə münasibətinə müsbət təsir edəcək. Öyrənmə pozğunluğunun səbəbi nə olursa olsun, vacib olan ailələrin və pedaqoqların problemin varlığını qəbul etməsi və həll yolunda addım atmalarıdır.

Disleksiya problemi olan uşaqlarda daha çox rast gəlinən hallar oxuduğu mətnləri dəfələrlə oxuduqdan sonra anlaya bilmə, istiqamət anlayışlarında çətinlik, danışıq zamanı düzgün sözlərdən istifadə edə bilməmək, unutqanlıq, hərfləri öyrənməkdə çətinlik, obyektlərin, əşyaların adlarını xatırlamaqda yaranan çətinlik, oxu zamanı sürətin zəif olması, yazdığı zaman dəfələrlə səhvlərə yol vermək,

oxşar səsləri qarışdırmaq, zaman anlayışının ifadəsində yaranan problemlər, imla yazmaqda çətinlik

yazıları oxumada çətinlik kimi vəziyyətlərdir.

Valideynlər disleksiya problemli övladları ilə bağlı bir neçə mühüm məqma diqqət yetirməlidirlər. Öncə mütəxəssisə müraciət etməli, övladınızın düzgün qidalanmasına önəm verməlisiniz. Digər ailə üzvlərinin çətinlik yaşayan övladınızla münasibətlərinə tənzimləyin, övladınızn sosial adaptasiyasına yardım edin, məktəbdə müəllimələrin övladınızın çətinliyi ilə bağlı məlumatlı olmasından və müvafiq təlim və tərbiyə yanaşması seçməsindən əmin olun.

Unutmayın, hər uşaq öyrənir. Bəzən eyni vaxtda, bəzən fərqli anlarda, bəzən eyni formada, bəzən də fərqli formada öyrənir, amma öyrənir. Unudulmamalıdır ki, disleksiya bir xəstəlik deyil, öyrənmə üslublarının fərqliliyidir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı ” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri