Icma.az
close
up
RU
Disleksiya uşaqlarda öyrənmə pozuntusu

Disleksiya uşaqlarda öyrənmə pozuntusu

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

İnsan dünyaya gəldiyi andan etibarən yaşamının hər anına uyğun müəyyən fəaliyyətləri yerinə yetirir: iməkləyir, yeriyir, danışır, oynayır, məktəbə gedir və s.

Bütün bunlar hər bir ata və ananın öz övladlarından gözlədiyi normal fəaliyyətlərdir. Lakin bəzi uşaqlarda bu adi hesab etdiyimiz fəaliyyətlərin yerinə yetirilməsi daha gec bir zamanda baş verir. Bu da onlarda "disleksiya" adlanan öyrənmə pozuntusunun olduğunu göstərir. Disleksiya dinləmə, danışma, oxuma, yazma, fikir yürütmə və riyazi qabiliyyətlərin qazanılması və istifadə edilməsi zamanı yaranan çətinliklərlə özünü göstərən bir öyrənmə pozuntusudur.

Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır.

Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və yanlış dərman istifadəsi səbəb ola bilər. Uzun və çətin doğuş zamanı uşağın nəfəsalmasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir.

İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər.

Disleksiya anadangəlmə bir problem olduğu üçün uşaqlarda erkən yaşlarda özünü aşağıdakı əlamətlərlə göstərir:

- Danışmada gecikmə

- Yeni sözləri gec öyrənmə

- Hərəkət və koordinasiya pozuqluğu

- İstiqamət (sağ, sol, yuxarı, aşağı) və zaman (bugün, sabah, əvvəl,sonra) anlayışlarında çətinliklər

- Danışarkən düzgün sözlərdən istifadə etməmək

Bəzən valideynlər bu əlamətləri normal hal kimi dəyərləndirir və uşaqlarında heç bir problem olmadığını bildirirlər. Lakin uşaqlar məktəbə gedəndə bu saydığımız əlamətlərin daha kəskin formaları özünü göstərir.

Məktəb dönəmi görülən əlamətlər:

- Hərfləri öyrənmədə çətinlik

- Sözləri hecalamada çətinlik

- Sözləri və obyektlərin adını xatırlamada çətinlik

- Yazıları oxumada çətinlik

- Oxşar səsləri və hərfləri fərqləndirə bilməmək

- Oxuyarkən sözləri, sətirləri buraxmaq

- Yazı yazmada çətinlik (52 əvəzinə 25, kitab əvəzinə batik yazmaq və s.)

- Sözlərin düzgün mənalarını bilməmək

- Yazı yazmağı və oxumağı bacarsalar belə, yazıda çoxlu səhvləri buraxmaq və çox gec oxumaq

İnsanların bir qismi disleksiyanın xəstəlik olduğunu digər bir qismi isə bunu zəka səviyyəsinin aşağı olması ilə əlaqələndirir. Lakin bunların heç biri doğru deyil. Hətta zəka səviyyəsi yüksək olan bir çox məşhurlar da belə disleksiya mövcud olub. Məsələn: Leonardo Da Vinci, Pablo Pikasso, Uolt Disney, Albert Einştein, Henri Ford, Tom Cruz, Con Lennon, Bill Gates, Məhəmməd Əli və s.

Disleksiyanın xüsusi bir müalicə üsulu yoxdur. Ancaq aşağıdakı ünsürlər onların müalicəsində böyük rol oynayır:

- Doğru qidalanma

- Ailədə və cəmiyyətdə ona qoyulan düzgün münasibət

- Özəl dərslər (burada onun öyrənmə qabiliyyətinin artması üçün daha maraqlı və əyləncəli öyrənmə metodlarından istifadə edilir).

Disleksiyanın erkən yaşlarda diaqnozu çox vacibdir. Bu halda disleksiyası olan uşaq məktəbə qədər olan müddətdə müəyyən dərəcədə inkişaf etmiş olar və artıq məktəb zamanı özyaşıdlarından geri qalmaz, həmçinində məktəb fobiyası yaranmaz.

Görülən bütün problemlərlə yanaşı disleksiyalı fərdlərin bir ya da bir neçə sahədə üstün qabiliyyətləri ola bilər. Onların incəsənət, fərdi idman, texnologiya, mexaniki, vizual-fəza sahələrində qabiliyyətləri araşdırılmalıdır. Bu sahələrin fərq edilməsi həyatlarının planlaşdırılması baxımından böyük əhəmiyyət daşımaqdadır. Həmçinin müvəffəqiyyət duyğusu yaşaması və mənlik hörmətinin artması baxımından da əhəmiyyətlidir.

Xəzər Universitetinin psixologiya fakültəsinin II kurs tələbəsi

İsmayılova Qədəmli

Pcc.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 07:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri