Dişləri saraldan qidalar
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb.
Karla Fornasın sözlərinə görə, qəhvə, çay və tütün adətən dişlərin ağlığını itirməsinin əsas səbəbləri sırasında ilk yerlərdədir. Lakin daha az nəzərə çarpan qida məhsulları və içkilər də oxşar təsirə malikdir. Məsələn, böyürtkən və moruq kimi parlaq rəngli giləmeyvələr diş minasının rənginə təsir göstərə bilər.
Həmçinin mütəxəssis siyahıya ağ və qırmızı şərabı, barbekü sousu, ketçup və teriyaki kimi yüksək piqmentasiyalı sousları da əlavə edib. Bundan əlavə, məşhur ədviyyat olan sarıkök də dişləri saralda bilər.
Eyni zamanda həkim vurğulayıb ki, sadalanan qida məhsullarının və içkilərin istehlakı dişlərin rənginin dərhal dəyişməsinə səbəb olmur, lakin onların müntəzəm olaraq rasiona daxil edilməsi bu yan təsirə gətirib çıxara bilər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 26 Oktyabr 2026 02:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















