Icma.az
close
up
RU
Dişlərin evini yıxır Amma, belə formada içiləndə zərər vurmur

Dişlərin evini yıxır Amma, belə formada içiləndə zərər vurmur

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Enerji içkilərinin tərkibindəki şəkər və turşuların birləşməsi diş minasına "ikiqat zərbə" vuraraq sümüklərin sürətlə parçalanmasına yol açır.
Demokrat.az xəbər verir ki, bunu Piroqov Universiteti Stomatologiya İnstitutunun terapevt-stomatoloqu Anastasiya Xritova deyib. O bildirib ki, birinci komponent diş minasını yumşaldır, ikinci komponent isə yaranmış boşluqlardan dişin dərin toxumalarına nüfuz edərək onu içəridən çürüdür.
Ekspertin sözlərinə görə, enerji içkilərinin tərkibində olan limon, askorbin və ortofosfat turşuları ağız boşluğunda turşuluq səviyyəsini (pH) aqressiv həddə qədər endirir. Bu proses nəticəsində diş minasından kalsium və fosfatlar yuyulub çıxır, dişlər məsaməli və həssas hala gəlir. Nəticədə dişlərdə soyuğa, istiyə və şirniyyata qarşı kəskin ağrılar yaranır, eyni zamanda kariesin ilkin əlaməti olan ağ ləkələr meydana gəlir.
İçkilərin tərkibindəki hədsiz şəkər miqdarı isə vəziyyəti daha da pisləşdirir. Belə ki, bir qutu enerji içkisində 10-14 çay qaşığı şəkər ola bilər ki, bu da bakteriyalar üçün mükəmməl qida mühitidir. Bakteriyalar bu şəkəri emal edərək əlavə turşu ifraz edir və dişləri daxildən dağıtmağa başlayır.
"ÜĞEnerji içkisi içdikdən dərhal sonra dişləri fırçalamaq qətiyyən olmaz. İlk 30-40 dəqiqə ərzində mina qatı müvəqqəti olaraq yumşaldığı üçün fırçanın mexaniki təsiri dişlərin boyun nahiyəsində ciddi qüsurların yaranmasına səbəb ola bilər. Əgər bu içkilərdən tam imtina etmək mümkün deyilsə, onları borucuq (trubka) vasitəsilə və bir dəfəyə içmək, ardınca isə ağzı mütləq su ilə yaxalamaq lazımdır".
Müasir dövrdə enerji içkilərindən istifadə kütləvi hal alsa da, onların diş sağlamlığına vurduğu zərər çox vaxt nəzərə alınmır. Diş minasının bərpası çətin və bahalı bir proses olduğu üçün bu cür xəbərdarlıqlar həm maddi, həm də fiziki sağlamlığı qorumaq baxımından həyati önəm daşıyır.
Dişlərinizin təbii müdafiəsini gücləndirmək üçün enerji içkisindən sonra tərkibində ksilit olan şəkərsiz saqqızlardan istifadə etməyiniz tövsiyə olunur, çünki bu, tüpürcək ifrazını stimullaşdıraraq turşunu neytrallaşdırır.
Kənan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Yanvar 2026 06:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri