Icma.az
close
up
RU
Dişlərin müntəzəm təmizlənməsi qaraciyər xərçəngi riskini azaldır

Dişlərin müntəzəm təmizlənməsi qaraciyər xərçəngi riskini azaldır

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

ABŞ-nin Riçmond Tibb Mərkəzinin mütəxəssisləri dişlərə qulluq vərdişləri ilə qaraciyər sağlamlığı arasında maraqlı bağlılıq aşkar ediblər. Tədqiqatlar göstərir ki, ağız boşluğunun təmizliyinə diqqət yetirmək və vaxtaşırı stomatoloq qəbulunda olmaq orqanizmdə patogen bakteriyaların sayını məhdudlaşdırır.
Demokrat.az xəbər verir ki, bu isə xüsusilə sirrozdan əziyyət çəkən şəxslərdə xərçəngin yaranma ehtimalını xeyli aşağı salır.
Alimlər qaraciyər sirrozu olan təxminən 48 min pasiyentin tibbi məlumatlarını dərindən analiz ediblər. Məlum olub ki, mütəmadi stomatoloji müayinədən keçən insanlarda qaraciyər xərçəngi riski digərləri ilə müqayisədə 27 faiz azdır.
"Journal of Hepatology Reports" nəşrində yayımlanan nəticələrə görə, dişlərinə qulluq edən xəstələrdə ağırlaşmalar da daha az müşahidə olunur. Məsələn, qarın boşluğuna maye yığılması kimi tanınan assit halına 15 faiz daha az rast gəlinir. Eyni zamanda toksinlərin beyin fəaliyyətinə mənfi təsiri nəticəsində yaranan ensefalopatiya riski də minimuma enir.
Profilaktik addımlar xəstəxanaya düşmə ehtimalını da tənzimləyir. Tədqiqat iştirakçıları arasında ümumi hospitalizasiya hallarının 15 faiz, sırf qaraciyər problemləri ilə bağlı müraciətlərin isə 20 faiz azaldığı qeyd olunur. Maraqlıdır ki, bu müsbət təsir yalnız stomatoloji baxımla bağlıdır. Digər profilaktik prosedurların qaraciyər xəstəliyinin gedişatına bənzər təsiri müəyyən edilməyib.
Gündəlik diş fırçalamaq və ağız təmizliyi orqanizmdəki ümumi iltihab səviyyəsini aşağı salır. Bu sadə vərdiş zərərli bakteriyaların qaraciyərə qədər çatmasının qarşısını alır. Alimlər bildirirlər ki, bunun üçün stomatoloqa həddindən artıq tez-tez getməyə ehtiyac yoxdur. İldə bir dəfə həyata keçirilən rutin müayinə qaraciyəri qorumaq üçün kifayət edir.
İsmayıl
Demokrat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2026 05:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri