“Distant işin tətbiqi paytaxtın tıxac probleminin həllinə qismən də olsa təsir göstərə bilər”
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Yaxın gələcəkdə Azərbaycanda distant işin rəsmiləşdirilməsi gözlənilir.
Maraqlıdır, distant iş rejiminin tətbiqi paytaxtın tıxac probleminin həllinə az və ya çox təsir göstərə bilərmi?
Moderator.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Təbii ki, distant iş rejiminin tətbiqi mühüm hadisədir. Doğrudur, bu gün də bəzi iş yerlərində distant iş rejimi mövcuddur və bəzi əməkdaşlar üçün bu cür şərait yaradılıb. Lakin əgər söhbət distant işin daha geniş miqyasda tətbiqindən gedirsə, o zaman bu yeniliyin tıxac probleminə də təsir göstərməsi mümkündür.
Şübhəsiz ki, distant iş rejiminin tətbiqi paytaxtın tıxac probleminin həllinə hissediləcək qədər təsir göstərə bilər. Bu, hər şeydən öncə distan iş rejiminin hansı sahə və hansı miqyasda, hansı dərinlikdə tətbiq edilməsindən asılıdır. Əgər bu iş rejimi geniş miqyasda tətbiq ediləcəksə, o zaman biz tıxac problemi ilə bağlı vəziyyətin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına şahid ola bilərik”.
Seymur ƏLİYEV
Baxış sayı:79
Bu xəbər 11 Dekabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















