Distant təhsilin daha çox məktəbi əhatə etməsi nəzərdə tutulur MÜTDA rəsmisi
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Yeni tədris ilindən 48 ucqar kənd məktəbində distant təhsil modelinin tətbiqinə başlanılıb.
Redaktor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İctimai Televiziyanın “Pressinq” verilişində bildirib.
Onun sözlərinə görə, bu model 1200 şagirdi əhatə edir:
“Ötən tədris ilində distant təhsil modeli 8 məktəbdə tətbiq olunduğu halda, yeni tədris ilində məktəblərin sayı 48-ə çatdırılıb”.
E.Bağırov bildirib ki, şagirdlərin yaxın ərazidə yerləşən başqa məktəbdə təhsil alması mümkün olmadıqda onların daşınması təşkil edilir:
“Müəllim təminatı ilə bağlı baza ehtiyaclarının ödənilməsinin çətin olduğu bəzi məktəblərdə isə rəqəmsal həllərdən istifadə olunur.
Belə məktəblər kompüter, şəbəkə və digər zəruri avadanlıqla təmin edildikdən sonra şagirdlər yaşadıqları ərazidən ayrılmadan distant formada təhsilə cəlb olunurlar”.
E.Bağırov onu da əlavə edib ki, bu modelin növbəti illərdə daha çox məktəb və şagirdi əhatə etməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 21 Sentyabr 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















